
Bakı
İşin təsviri:
Yeni müştərilərdən gələn sorğuların cavablandırılması
Sığorta məhsulunun və müştəri haqqında olan informasiyanın və məlumatların müvafiq baza sisteminə daxil edilməsi
Bütün əməliyyatların mövcud əməliyyat sisteminə işlənilməsinin icra edilməsi;
Müştəri müraciətlərinin qəbul edilməsi, aidiyyatı struktura (şəxsə) yönləndirilməsi və müraciətin nəticəsinin müştəriyə bildirilməsinin təmin edilməsi;
Müştərilər tərəfindən ərizə formalarının doldurulmasının təmin edilməsi.
Yeni müştərilərin cəlbi.
Vəzifə təlimatından irəli gələn digər işləri həyata keçirmək.
Tələblər:
Təhsil: Ali.
Qanunvericilik bilikləri: Mülki Məcəllənin 50-ci fəsli və İcbari sığortalar haqqında qanun.
Kompüter bacarıqları: Microsoft Office Word və Excel – sərbəst istifadəçi.
Dil bilikləri: Azərbaycan, rus dilində ünsiyyət saxlaya bilmək - arzuolunandır.
Şəxsi keyfiyyətlər və bacarıqlar: təhlil etmə, yazılı və şifahi kommunikasiya, komanda da işləmək bacarığı, operativlik, intizamlılıq, dəqiqlik və məsuliyyət.
Təqdimat hazırlama və təqdimat keçmə bacarığı.
Əmək şəraitinin şərtləri:
Əmək haqqı: namizədin təcrübə və səriştəsinə uyğun olaraq müəyyən olunur.
İş vaxtı: 09:00-dan 18:00 –dək olmaqla 5 günlük iş həftəsi.
Əsas məzuniyyət hüququ: 30 gün. Əlavə məzuniyyət hüququ: Qanunvericiliyə görə işçiyə düşən digər hüquq və imtiyazlarına uyğun verilir.
Tibbi sığorta təminatı.
Zəhmət olmasa mövzu bölməsində “Fərdi sığorta bölməsinin Mütəxəssisi” qeyd etməklə CV-nizi cv@megalife.az e-mail ünvanına göndərin.
Müsahibəyə vakansiya tələblərinə cavab verən namizədlər dəvət alacaq.
Vəzifə | Şirkət | Müddət |
---|---|---|
Mühasibatlıq şöbəsinin kiçik mütəxəssisi | Mega Həyat Sığorta | 2025-02-06 - 2025-03-07 |