
Bakı
İşin təsviri:
İllik və operativ plan layihələrinin tərtibi üçün ilkin məlumatlar hazırlamaq;
Müəssisənin maliyyə vəziyyətini iqtisadi təhlil etmək;
Qənaət rejiminin təmin edilməsilə bağlı hesabatlar əsasında təkliflər vermək;
İtkilərin və istehsalatdan kənar xərclərin qarşısının alınması, ehtiyatların üzə çıxarılması və mənbələrin bütün növlərindən daha səmərəli istifadə edilməsi üçün təhlillər əsasında təkliflər hazırlamaq;
Biznesə nəzarət üzrə hesabatların hazırlanması və təqdim edilməsində iştirak etmək.
Tələblər:
Maliyyə/Biznesin idarəedilməsi sahələrində bakalavr və magistr dərəcəsi;
Beynəlxalq maliyyə üzrə F3-Financial Accounting, F2-Management Accounting sertifikatları;
Minimum 3 il müvafiq sahədə peşəkar təcrübə;
Maliyyə hesabatlarının təhlili, şirkətin qiymətləndirilməsi bacarıqları;
Analitik və strateji baxış bacarıqları;
Biznesin planlaşdırılmasına dəstək vermək üçün biznes haqda dərin və ətraflı anlayış;
Yüksək səviyyəli analitik bacarıqlar;
Potensial investisiya imkanları üzrə maliyyə və iqtisadi vəziyyətin təhlilinin aparılması bacarığı;
MS Office kompüter proqramları biliyi.
İş barədə məlumat:
- İş yeri: Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şossesi 4-cü Mədən
- Əmək haqqı: Müsahibə əsasında razılıq yolu ilə.
- İş qrafiki : Həftə içi 5 gün Saat 09:00-dən -18:00-dək (şənbə günü yarım iş günü)
Əlaqə:
Vakansiya ilə bağlı müraciət üçün CV formasını e-mail suray@muradli.com.az vasitəsilə mövzu yerinə “Maliyyəçi-Analitik” yazmaqla göndərməyiniz xahiş olunur. Yalnız vakansiya tələblərinə uyğun namizədlərlə əlaqə saxlanılacaqdır.