Böyük maliyyə nəzarətçisi
Azerbaijan Fish Farm Müddət: 2025-04-28 - 2025-05-25
Baxış sayı: 195 Vakansiya № 1013782
Şəhər:

Bakı


İşin təsviri:

  • Şirkətin maliyyə məlumatlarını izləmək və təhlil etmək;
  • Maliyyə nəticələri ilə bağlı hesabatlar hazırlamaq və təqdim etmək;
  • Büdcə və maliyyə performansını analiz edərək fərqləri müəyyənləşdirmək;
  • Şirkətin maliyyə planlarını və büdcəsini hazırlamaq və nəzarət etmək;
  • Əvvəlki maliyyə dövrləri ilə müqayisə edərək büdcə fərqlərini analiz etmək;
  • Uzunmüddətli maliyyə planlaşdırılması və proqnozlaşdırma modellərini hazırlamaq və təqdim etmək;
  • Maliyyə məlumatlarının düzgünlüyünü və etibarlılığını təmin etmək;
  • Maliyyə təhlilini apararaq əməliyyatların optimallaşdırılması üçün tövsiyələr irəli sürmək;
  • Rüblük və il sonu maliyyə nəzarəti fəaliyyətlərinə və illik korporativ maliyyə nəzarəti auditinə kömək;
  • Mühasibat məlumatlarının monitorinqi və təhlili, ümumi mühasibat strategiyasını həyata keçirmək və nəzarət etmək;
  • Daxili və xarici auditorlar ilə əlaqələrin idarə olunması;
  • Maliyyə proqramlarının (məsələn, ERP) effektiv idarə olunmasına nəzarət;
  • Verilən digər tapşırıqları vaxtında və dəqiq icra etmək.

Tələblər:

  • Ali təhsil (Mühasibat uçotu və audit, maliyyə üzrə təhsil);
  • Minimum 4 il Mühasibat, maliyyə, audit sahəsində təcrübə;
  • ACCA F2, F3, F7 sertifikatların olması üstünlükdür;
  • Vergi Məcəlləsi üzrə biliklər, Mühasibat uçotunun milli və beynəlxalq standartları üzrə biliklər, vaxt idarəetmə bacarığı (planlaşdırma / prioritetləşdirmə), güclü problem həll etmə və komanda da işləmək qabiliyyətləri, güclü təşkilati bacarıqlar;
  • MS office proqramlarını, 1C yüksək səviyyədə bilməli;
  • Azərbaycan və ingilis dili səlis, rus dili arzuolunandır;
  • İstehsalat sahəsində təcrübə arzuolunandır.

    Müraciət et