"Brend House", "VİP House", "Moda Trend" mağazalarına menecer
Nur Collection MMC
Müddət: 2025-01-29 - 2025-03-01
Baxış sayı: 184
Vakansiya № 1013050
Şəhər:
Bakı
İşin təsviri:
- Mağazanın sifarişlərini, stokunu daim nəzarətdə saxlamalı;
- Aylıq qoyulan satış hədəfinə çatmaq üçün satış həcmini artırmaq məqsədilə müvafiq tədbirlər görməli;
- Mağazanın Satış komandasının işini düzgün idarə etməli, işçilərin müraciətlərini, təklif və şikayətlərini dinləməli, onları səlahiyyətləri çərçivəsində həll etməli;
- Mağaza heyətinin daxili nizam-intizam qaydalarına və iş keyfiyyətinə riayət olunmasını təmin etməli;
- Müştəri məmnuniyyətini yüksək səviyyədə saxlamaq üçün daim marketinq şöbəsi ilə əlaqədə olaraq müvafiq tədbirlər görməli;
- Mağaza daxilində yaranan texniki və digər maddi vəsaitlərlə bağlı problemlərin həll edilməsi üçün ehtiyac olduğda baş ofislə əlaqə saxlamalı.
Tələblər:
- Ali təhsil;
- Eyni vəzifədə min. 3 il iş təcrübəsi;
- MS Office proqramlarını bilək (Word, Excel, Outlook)
- Azərbaycan və rus dillərini bilmək;
- Satış komandasının işini idarə etmək bacarığı;
- Stressə davamlılıq.
İş şəraiti:
Əmək haqqı: Mağazadan aslı olaraq dəyişir + ümumi mağaza satışından bonus;
AR Əmək Məcəlləsinə əsasən rəsmiləşdirmə.
Uyğun namizədlərdən hr@nurcollection.az e-mail ünvanına vəzifənin adını qeyd etməklə CV göndərməkləri xahiş edilir.
Bu kateqoriyada digər vakansiyalar