Büdcə Mütəxəssisi / Maliyyə Analitiki
STP Global Cable
Müddət: 2025-05-02 - 2025-06-02

Baxış sayı: 154
Vakansiya № 1013814
Şəhər:
Bakı
İşin təsviri:
- Şirkətin illik və dövri büdcələrinin hazırlanması;
- Büdcə göstəricilərinin faktiki nəticələrlə müqayisə olunması və təhlil edilməsi;
- Xərclərin optimallaşdırılması üçün təkliflərin hazırlanması;
- Maliyyə planlaması və proqnozlaşdırma;
- Müvafiq hesabatların hazırlanması və rəhbərliyə təqdim edilməsi.
Tələblər:
- Maliyyə, mühasibatlıq, iqtisadiyyat və ya əlaqəli sahə üzrə ali təhsil;
- Büdcə planlaşdırılması və maliyyə analizi sahəsində minimum 2-3 il iş təcrübəsi;
- Maliyyə hesabatlarını oxumaq və təhlil etmək bacarığı;
- MS Excel proqramında yüksək səviyyədə işləmək bacarığı (məsələn: pivot table, formulalar, qrafiklər) ;
- ERP sistemləri ilə işləmə təcrübəsi üstünlükdür;
- Analitik düşüncə, detallara diqqət və problem həll etmə bacarığı;
- Yüksək kommunikasiya və təqdimat bacarığı.
Nə əldə edəcəksiniz?
- Ölkənin ən böyük sənaye müəssisəsində işləmək imkanı;
- Adekvat əmək haqqı;
- Təlim və inkişaf məsələlərində şirkətin tam dəstəyi;
Əlavə məlumatlar:
- Əmək haqqı şirkət daxili mövcud dərəcələndirmə sistemi çərçivəsində təyin edilir;
- Şirkət tərəfindən naharla, nəqliyyatla (servis) təmin edilmə;
- İş vaxtı: Bazar ertəsi - Cümə, 09:00 – 18:00;
- İş yeri Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsində yerləşir.
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə “ Büdcə Mütəxəssisi/Maliyyə Analitiki” yazaraq HRGlobal@stp.az mail ünvanına və eyni zamanda https://stpcareer.com səhifəsinə daxil olmaqla göndərilməsi xahiş olunur.
Bu kateqoriyada digər vakansiyalar