Çağrı mərkəzi operatoru
Competo MMC
Müddət: 2024-10-16 - 2024-11-16

Baxış sayı: 1219
Vakansiya № 1012411
Şəhər:
Bakı
Umico-da Çağrı mərkəzi operatoru vakansiyası aktivdir.
Umico Market (Umico.az) Azərbaycanda “SuperApp” sinfinə aid olan ilk mobil tətbiqdir. Tətbiq, istifadəçilərə bütün alış-verişlərdən bonus qazanmağa və onlayn alış-veriş etməyə imkan verir.
Məqsədimiz Azərbaycanda bir nömrəli alış-veriş tədbiqi olmaqdır.
Vəzifə öhədlikləri:
- Müxtəlif kommunikasiya kanallarında (telefon, whatsapp, telegram, mail, facebook və s.) Umico marketdə mal və məhsul kateqoriyaları üzrə müştəri konsultasiyalarının həyata keçirilməsi;
- Mövcud məlumat bazasına gedən zənglər və müştəri üçün müvafiq malların satışı (Telemarketinq);
- Müştərilərin şirkətin xidmətləri və innovativ layihələri haqqında məlumatlandırılması.
Əsas tələblər:
- Azərbaycan və rus dillərində sərbəst danışıq qabiliyyəti;
- Pərakəndə satış mağazalarında (məişət texnikası, kosmetika, ətriyyat, məişət malları və s.) qeyri-ərzaq məhsulları (xüsusiyyətləri, təsviri, təfərrüatları) ilə bağlı bilik və təcrübə.
İş şəraiti:
- Əmək haqqı - 700 AZN (350 fiks + 350 bonus )
- İş rejimi - Növbəli iş qrafiki - 5/2
- Iş yeri – Qafqaz Biznes Mərkəzi
Uyğun namizədlər CV-lərini mövzu sətrində "Çağrı mərkəzi üzrə operator" qeyd edərək cv@umico.az email adresinə yönləndirə bilər.
Bu kateqoriyada digər vakansiyalar