Çağrı mərkəzi xidmətinin kiçik mütəxəssisi
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi
Müddət: 2025-01-13 - 2025-01-23

Baxış sayı: 499
Vakansiya № 1012863
Şəhər:
Bakı
İşin təsviri:
- Agentliyin Çağrı Mərkəzinə daxil olan şifahi müraciətlərin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 25 fevral tarixli 50 nömrəli qərarı ilə təsdiq edilmiş “Dövlət orqanlarında çağrı mərkəzlərinin fəaliyyətinin təşkili Qaydaları”na uyğun olaraq qəbulu, qeydiyyata alınması və canlı rejimdə birbaşa cavablandırılmasının həyata keçirilməsi;
- Müraciətlərdə qaldırılmış məsələlərə dair mövcud qanunvericiliyə əsaslanmaqla və sənədlərə düzgün istinad edilməklə izahatların verilməsi;
- Birbaşa cavablandırıla bilinməyən müraciətlərin həlli üçün aidiyyəti üzrə yönləndirilməsi;
- Müraciət vərəqinin hazırlanması.
Tələblər:
- Təhsil: Ali təhsil (tibb təhsili arzuolunandır);
- Təcrübə: Çağrı mərkəzində minimum 1 il iş təcrübəsi (ali tibb təhsili olduqda təcrübə tələb olunmur);
- Texniki biliklər: Microsoft Office proqramlarını yaxşı səviyyədə bilmək;
- Şəxsi bacarıqlar: Ünsiyyət və vaxtın idarəedilməsi, problem həlletmə, konfliktlərin idarəedilməsi və operativlik;
- Dil bilikləri: Azərbaycan dilində səlis yazı və danışıq bacarığı (rus və ingilis dili bilikləri üstünlükdür)
Təklif etdilən imkanlar:
- Gənc və peşəkar kollektivdə çalışma şansı;
- Yüksək komanda ruhu və zəngin təcrübə qazanmaq fürsəti;
- Karyera inkişafı üçün yaradılan şərait;
- Rəqabətədavamlı əmək haqqı;
- İldə üç dəfə mükafatlandırma sistemi.
İş şəraiti:
- İş qrafiki: 5 günlük iş rejimi;
- İş vaxtı (namizədin seçiminə uyğun olaraq):
- 09:00-18:00 (istirahət günləri cümə axşamı-cümə);
- 13:00-22:00 (istirahət günləri şənbə-bazar);
- İş yeri: Bakı şəhəri, Begoc Biznes Mərkəzi;
- Seçim mərhələləri:
- Müraciətlərin nəzərdən keçirilməsi
- Müsahibə
Müraciət qaydası: - CV-lərinizi cv@its.gov.az elektron poçt ünvanına göndərməyiniz xahiş olunur;
- Məktubun “mövzu” bölməsində müraciət etdiyiniz vəzifənin adı və uyğun iş vaxtı (09:00-18:00 və ya 13:00-22:00) mütləq qeyd edilməlidir;
- Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.
- Sizə uğurlar arzu edirik və komandamıza qoşulmağınızı səbirsizliklə gözləyirik!
Bu kateqoriyada digər vakansiyalar
Bu kateqoriyada təlim və seminarlar
Bu şirkətin digər vakansiyaları