Data təhlili üzrə mütəxəssis
Business Insight Müddət: 2024-09-14 - 2024-10-13
Baxış sayı: 723 Vakansiya № 1012380
Şəhər:

Bakı


“Business Insight IRG” şirkətinin Müştəri Loyallığı Departamentinə “Loyallıq Proqramlarında Data Təhlili üzrə Mütəxəssis” vəzifəsi üzrə  aktiv vakansiya var.

Tələblərimiz:

  • Kişi və ya xanım namizədlər;
  • Ali təhsil (İqtisadiyyat, Tətbiqi Riyaziyyat, Statistika və ya digər müvafiq ixtisas üzrə);
  • Yaş həddi: 22-35;
  • Rus və İngilis dili biliklərinin ən azı orta səviyyədə olması arzuolunandır;
  • Müvafiq sahədə ən azı 2 illik təcrübə;
  • Yaradıcı düşüncə və yanaşma tərzinə malik oub müvafiq analitik nəticələri və nəticə sonrası tövsiyələri təklif etmək bacarığı;
  • Araşdırma, yüksək analitik qabiliyyətə, ünsiyyət və təqdim etmə bacarıqlarına malik olmaq;
  • Məqsədyönlü, məsuliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq kimi müsbət göstəricilərə sahib olmaq;
  • Excel bilikləri yüksək səviyyədə olmalıdır;
  • Phyton və SQL bilikləri də üstünlükdür.

İş öhdəlikləri:

  • Məlumatların toplanması və analizi: Loyallıq proqramı iştirakçılarının davranışı, üstünlükləri və fəallıq səviyyəsi ilə bağlı məlumatların toplanması, işlənməsi və təhlili.
  • Hesabatların və tövsiyələrin hazırlanması: Loyallıq proqramının effektivliyi haqqında müntəzəm hesabatların hazırlanması, əldə edilmiş məlumatlar əsasında strategiyanın təkmilləşdirilməsi üçün tövsiyələrin hazırlanması.
  • Əsas göstəricilərin monitorinqi (KPI): Loyallıq proqramının əsas göstəricilərinin, o cümlədən alış tezliyi, orta çek, müştərilərin geri dönüş faizi və loyallıqla bağlı digər metriklərin izlənməsi və təhlili.
  • Müştəri seqmentasiyası: Hədəfli marketinq kampaniyalarının yaradılması üçün proqram iştirakçılarının müxtəlif parametrlər (demoqrafiya, davranış, alış tezliyi və s.) əsasında seqmentləşdirilməsi.
  • Tendensiyaların proqnozlaşdırılması: İştirakçıların davranışını proqnozlaşdırmaq və effektiv marketinq strategiyalarının hazırlanması üçün potensial tendensiyaların təhlili.
  • Test və optimizasiya: Loyallıq proqramının müxtəlif aspektlərinin (məsələn, aksiyalar, təkliflər) testlərinin aparılması və analizin nəticələri əsasında onların optimallaşdırılması.
  • Digər şöbələrlə qarşılıqlı əlaqə: Loyallıq proqramı strategiyalarının hazırlanması və həyata keçirilməsində analitik məlumatların inteqrasiyası üçün marketinq, digital və digər əlaqədar komandalarla iş.
  • Hesabatlığın avtomatlaşdırılması: Proqramın işi haqqında məlumatların vaxtında əldə edilməsi və təhlili üçün avtomatlaşdırılmış hesabat sistemlərinin tətbiqi və dəstəklənməsi.

İş şəraiti:

  • Öyrədici və inkişafameyilli iş mühiti;
  • Əmək qanunvericiliyinə uyğun sənədləşmə;
  • İş vaxtı həftədə 6 gün;
  • Əmək haqqı namizədin işləmək istəyinə, bacarıqlarına və qoyulan tələbləri qarşılamasına görə müəyyən ediləcək.

Maraqlı olan namizədlər öz CV-lərini cv@businessinsight.az ünvanına “Loyallıq Proqramlarında Data təhlili üzrə mütəxəssis” başlığı altında göndərə bilərlər.


Bu kateqoriyada digər vakansiyalar