Daxili audit departamenti, kredit əməliyyatları üzrə daxili auditor
Expressbank
Müddət: 2025-04-09 - 2025-05-09

Baxış sayı: 191
Vakansiya № 1013622
Şəhər:
Bakı
İşin təsviri:
- Audit planı əsasında audit prosesini təşkil və koordinasiya edilməsi;
- Maliyyə resurslarının planlaşdırılması və büdcənin icrasının yoxlanılması;
- Aktivlərin qorunması üzrə sistem və prosedurların yoxlanılması;
- Bankın fəaliyyətinin strateji plana uyğunluğunun yoxlanılması;
- Daxili nəzarət sisteminin effektivliyinin və adekvatlığının qiymətləndirilməsi;
- Auditin nəticəsi (uyğunsuzluqlar və maliyyə itkiləri) barədə hesabatın hazırlanması;
- Boşluqların aşkar edilməsi və risklərin qarşısının alınması üçün tövsiyələrin verilməsi;
- Audit tapıntıları üzrə hesabatın hazırlanması.
Tələblər:
- Ali iqtisadi və ya hüquqi təhsil;
- Bank sektorunun audit, risk və ya daxili nəzarət sahəsində minimum 1 illik təcrübə / digər sektorlarda analoji sahələrdə minimum 2 illik təcrübə;
- MS Office proqramlarında, xüsusilə Exceldə yüksək səviyyədə işləmə bacarığı;
- Daxili audit standartları haqqında anlayış;
- Analitik və araşdırma qabiliyyətləri;
- Maliyyə hesabatlarının beynəlxalq standartları (MHBS) haqqında anlayış;
- ACCA, CIA kimi beynəlxalq sertifikatlara malik olmaq arzuolunandır;
- SQL və PYTHON bacarıqlarının olması arzuolunandır;
- Azərbaycan dili - səlis , ingilis dili bilikləri arzuolunandır.
Müraciət üçün link: https://jobs.glorri.az/vacancies/expressbank/expressbank-daxili-audit-departamenti-kredit-emeliyyatlari-uzre-daxili-auditor-94923/apply
Bu kateqoriyada digər vakansiyalar
Bu kateqoriyada təlim və seminarlar
Təlim və seminar | Şirkət | Müddət |
---|---|---|
Banklarda daxili auditin əsasları | İnternational Consulting Company | 2025-03-18 - 2025-05-02 |
Bu şirkətin digər vakansiyaları