Daxili audit departamenti, Kredit əməliyyatları üzrə daxili auditor
Expressbank Müddət: 2025-05-14 - 2025-06-14
Baxış sayı: 256 Vakansiya № 1013888
Şəhər:

Bakı


İşin təsviri:

  • Audit planı əsasında audit prosesini təşkil və koordinasiya edilməsi;
  • Maliyyə resurslarının planlaşdırılması və büdcənin icrasının yoxlanılması;
  • Aktivlərin qorunması üzrə sistem və prosedurların yoxlanılması;
  • Bankın fəaliyyətinin strateji plana uyğunluğunun yoxlanılması;
  • Daxili nəzarət sisteminin effektivliyinin və adekvatlığının qiymətləndirilməsi;
  • Auditin nəticəsi (uyğunsuzluqlar və maliyyə itkiləri) barədə hesabatın hazırlanması;
  • Boşluqların aşkar edilməsi və risklərin qarşısının alınması üçün tövsiyələrin verilməsi;
  • Audit tapıntıları üzrə hesabatın hazırlanması.

Tələblər:

  • Ali iqtisadi və ya hüquqi təhsil;
  • Bank sektorunun audit, risk və ya daxili nəzarət sahəsində minimum 1 illik təcrübə / digər sektorlarda analoji sahələrdə minimum 2 illik təcrübə;
  • MS Office proqramlarında, xüsusilə Exceldə yüksək səviyyədə işləmə bacarığı;
  • Daxili audit standartları haqqında anlayış;
  • Analitik və araşdırma qabiliyyətləri;
  • Maliyyə hesabatlarının beynəlxalq standartları (MHBS) haqqında anlayış;
  • ACCA, CIA kimi beynəlxalq sertifikatlara malik olmaq arzuolunandır;
  • SQL və PYTHON bacarıqlarının olması arzuolunandır;
  • Azərbaycan dili - səlis , ingilis dili bilikləri arzuolunandır.

    Müraciət et