Daxili kommunikasiya üzrə mütəxəssis
Unibank Kommersiya Bankı Müddət: 2024-04-02 - 2024-05-12
Baxış sayı: 915 Vakansiya № 1012060
Şəhər:

Bakı


Daxili kommunikasiya üzrə mütəxəssis

İşin təsviri

  • · Təşkilati İnkişaf üzrə menecerlə birlikdə Biznes strategiyasına uyğun olaraq Tİ strategiyasının dizaynının hazırlanmasında və həyata keçirilməsində iştirak etmək;
  • · Təlim büdcəsi və təlim proqramlarının hazırlanmasında fəal iştirak etmək;
  • · Bankın əməkdaşları iştirak edən bütün təlimlərin və seminarların təşkili və koordinasiyası;
  • · Keçirilən təlimlər üzrə təlim şirkətləri ilə müqavilələrin bağlanılması və ödənişlərin həyata keçirilməsi;
  • · Daxili və xarici təlim mənbələrini izləmək, Təlim və İnkişaf prosesləri ilə bağlı təkliflər təqdim etmək;
  • · Bankın yüksək potensial (HİPO) və davamçılıq siyasəti üzrə prosesin qurulması, ehtiyac olduqda dəyişikliklərin edilməsi və icrasının təmin edilməsi;
  • · Kadr hazırlığı və inkişafının ümumi səviyyəsini yaxşılaşdırmaq üçün müvafiq təkliflər vermək;
  • · Bankın davamçıların (successors) təlim və inkişaf proqramlarının hazırlanması və icrasının təmin edilməsi
  • · İstər distant, istərsə də canlı olaraq müxtəlif korporativ tədbirlər təşkil etmək;
  • · İşçilərin qeyri-maddi motivasiyası üçün təşəbbüslər təqdim etmək və müvafiq tədbirlər görmək;
  • · Bankın bütün daxili kommunikasiyasını (elanlar, xəbərlər, sorğular və s.) həyata keçirmək;
  • · Əməkdaşların adaptasiya prosesində iştirak etmək;
  • · Bütün sənədlərdə, elektron məlumat bazalarında müvafiq qeydləri və hesabatları aparmaq;
  • · Təşkilati İnkişaf meneceri tərəfindən digər tapşırıqları yerinə yetirmək;
  • · Əməkdaşların motivasiyasının artırılması üçün yeni təkliflərin verilməsi.

Tələblər

  • · Ali təhsil;
  • · Mükəmməl kompüter bacarıqları (MS Excel, MS Power Point, Internet);
  • · Təşkilati və İnkişaf sahəsində ən azı 1 illik təcrübə;
  • · Azərbaycan və rus dillərini əla səviyyədə bilmək (ingilis dili biliyi üstünlükdür);
  • · Elan mətnlərin yazma qabiliyyəti və SMM bacarıqları;
  • · Böyük korporativ tədbirlərin təşkili bacarıqları və bu cür tədbirlərin təşkilində təcrübənin olması;
  • · Təqdimat hazırlma proqramlar ilə iş bacarığı;
  • · Özünü motivasiya etmək bacarığı, həvəs və nəticə yönümlülüyü;
  • · Güclü ünsiyyət, yüksək kommunikasiya qurma və təqdimat bacarıqları;
  • · Yüksək təşkilati bacarıqlar.

Müraciət üçün link:  https://qlor.me/lui8tosrdd