Daxili mühasibatlıq şöbəsinin mütəxəssisi/aparıcı/baş mütəxəssisi
ABB Bank Müddət: 2025-01-27 - 2025-02-25
Baxış sayı: 255 Vakansiya № 1013026
Şəhər:

Bakı


İşin təsviri:

  • Daxili mühasibatlığın aparılması və bankdaxili uçot prinsiplərinin tətbiqinə nəzarət;
  • Gündəlik hesablarla balans hesabları üzrə cıxarışları üzləşdirmək;
  • Sənəd dövriyyəsi proqramının vasitəsi ilə sənədlərin qəbul və icra etmək;
  • Bankın bütün inzibatı xərcləri üzrə ödənişləri aparmaq və aidiyyatı üzrə xərc hesablarına bölüşdürmək;
  • Bankın maliyyə-təsərrüfat fəaliyyətində iştirak edən əsas vəsaitlər və qeyri-maddi aktivlərin mərkəzləşdirilmiş uçotunu təşkil etmək, habelə Baş ofis tərəfindən alınan azqiymətli tezköhnələn əşyaların uçotunu aparmaq;
  • Əsas vəsaitlərin və qeyri-maddi aktivlərin uçotunu aparmaq;
  • Bank işçilərinin ezamiyyət xərcləri üzrə hesabatlarını qəbul etmək və ödəmək,təhtəlhesab şəxslərlə əməliyyatı aparmaq və qeydiyyatdan keçirmək;
  • Debitor və kreditor hesabların uçotunu aparmaq;
  • Əmək haqqının hesablanmasını həyata keçirmək;
  • Həyat yığım sığortası üzrə hesablamaları və ödənişləri həyata keçirmək.
     

Tələblər:

  • Ali iqtisadi təhsilə;
  • MS office proqramlarını yaxşı səviyyədə biliyinə;
  • Rus və ingilis dillərini yaxşı səviyyədə biliyinə;
  • Bank fəaliyyətini tənzimləyən qanunvericilik bazası ilə tanışlığa;
  • Mərkəzi Bankın və maliyyə bazarlarına nəzarət orqanının normativ aktları ilə tanışlığa;
  • Analitik düşüncə tərzinə;
  • Problemləri həll etmə bacarığına;
  • Komandada işləmə bacarığına;
  • Təqdimat bacarığına;
  • Kommunikasiya bacarıqlarına sahib olan şəxsdir.

    Müraciət üçün link: https://careers.abb-bank.az/cabinet/auth/login