Daxili nəzarət departamentinin daxili nəzarət və frod halların araşdırılması şöbəsində baş mütəxəssis
AzərTürkBank
Müddət: 2025-01-10 - 2025-02-11

Baxış sayı: 278
Vakansiya № 1012844
Şəhər:
Bakı
İşin təsviri:
- Bank fəaliyyətinin bütün sahələrində qanun pozuntusu (dələduzluq, mənimsəmə və s.) hallarının aşkarlanması və araşdırılması tədbirlərini həyata keçirmək;
- Bankın fəaliyyətində nəzarət boşluqlarını aşkarlamaq və nəzarət sisteminin təkmilləşdirilməsi ilə bağlı təkliflər vermək;
- Bankda nəzarət prosesini gücləndirən yeni alət və mexanizmlərin hazırlanmasında və tətbiqində iştirak etmək;
- Bankda aparılan əməliyyatların qanunvericiliyə və daxili qaydalara uyğunluğunu monitorinq etmək və baş verən kənarlaşmaların aradan qaldırılması istiqamətində tədbirlər görmək.
Tələblər:
- Ali iqtisadi təhsil;
- Bank sahəsində 3 il iş təcrübəsi (Nəzarət, audit və ya risk sahəsində 1 ildən artıq iş təcrübəsi olan namizədlərin müraciətləri nəzərə alınacaqdır);
- Azərbaycan dili səlis olmalı (rus və ingilis dili bilikləri arzuolunandır);
- Yaxşı səviyyədə MS Excel bacarığı (SQL və Power BI bilikləri üstünlük hesab olunur);
- CİA, CFE sertifikatlarının olması arzuolunandır;
- Bank əməliyyatları və bank qanunvericiliyi barədə yüksək səviyyədə biliklər;
- Frod əməliyyatları barədə anlayışlar;
- Analitik təhlil qabiliyyəti, məsuliyyətlilik, komandada işləmək bacarığı.
Müraciət üçün link: https://jobs.glorri.az/vacancies/atb/atb-daxili-nezaret-departamentinin-daxili-nezaret-ve-frod-hallarin-arasdirilmasi-sobesinde-2075/apply?source=Position
Bu kateqoriyada digər vakansiyalar
Bu şirkətin digər vakansiyaları