Dayanıqlı inkişaf (ESG) üzrə mütəxəssis
AzərTürkBank
Müddət: 2025-01-21 - 2025-02-22

Baxış sayı: 209
Vakansiya № 1012951
Şəhər:
Bakı
İşin təsviri:
- Ekoloji və sosial tələblərlə bağlı beynəlxalq, yerli və daxili siyasət və prosedurları nəzərdən keçirmək, bu biliyi gündəlik işində tətbiq etmək;
- Müştərilərdən və layihə rəhbərlərindən gələn məlumatları toplayaraq ətraf mühit və sosial aspektləri əhatə edən Yaşıl Kredit prosesində “due diligence” prosedurlarını (layihənin ekoloji, maliyyə və hüquqi vəziyyətinin diqqətlə araşdırılması) aparmaqda dəstək olmaq;
- Müxtəlif müştəri layihələrinin və əməliyyatlarının ətraf mühit və sosial təsirlərini müəyyən etmək və qiymətləndirmək;
- Rəhbərlik tərəfindən verilən vəzifə öhdəliklərindən irəli gələn digər tapşırıqları yerinə yetirilmək.
Tələblər:
- Ali təhsil (Ətraf mühit elmləri və ya müvafiq sahə üzrə ali təhsil);
- Azərbaycan dilini səlis və ingilis dilini yaxşı səviyyəsində bilmək;
- Dayanıqlı inkişaf (ESG) üzrə təlimlərdə iştirak üstünlükdür;
- İSO 14001 sertifikatının olması üstünlükdür;
- MS Office proqramları üzrə yaxşı səviyyədə biliklər (xüsusilə Excel);
- Mütaliə etmək, yeni məlumatlar toplamaq və peşəkar biliklərini daim inkişaf etdirmək marağı;
- Tədqiqat aparmaq və hesabat hazırlamaq bacarığı;
- Effektiv əməkdaşlıq etməyə hazır olan komanda yönümlü düşüncə tərzi.
Müraciət üçün link: https://jobs.glorri.az/vacancies/atb/atb-dayaniqli-inkisaf-esg-uzre-mutexessis-5944/apply?source=Position
Bu kateqoriyada digər vakansiyalar
Bu kateqoriyada təlim və seminarlar
Bu şirkətin digər vakansiyaları