Dilinq şöbəsinin kiçik mütəxəssisi
Bank BTB
Müddət: 2024-03-08 - 2024-04-07
Baxış sayı: 607
Vakansiya № 1012008
Şəhər:
Bakı
Bank “BTB” ASC Xəzinədarlıq departamenti, Dilinq şöbəsi, Kiçik mütəxəssis vəzifəsinə işə qəbul elan edir.
İş barədə məlumat:
- Bank “BTB” ASC-nin daxili qaydalarına və Xəzinədarlıq departamenti haqqında Əsasnaməyə uyğun olaraq, səlahiyyətləri daxilində departamentin ümumi işinin təşkil edilməsində iştirak edir
- Birbaşa rəhbərin tapşırığı ilə səlahiyyət limitləri çərçivəsində qiymətli kağızlar, pul və valyuta bazarlarında əqdlərin bağlayır;
- Bankın və onun filialların valyuta mövqeyini idarə edilməsi üzrə ona həvalə edilmiş işləri icra edir;
- Valyuta mübadiləsi əməliyyatlarına və onların gəlirliliyinin təmin edilməsi;
- Banklararası bazarda nağd və nağdsız valyuta alqı-satqısının həyata keçirilməsi;
- Bank və onun filialları üçün gündəlik nağd və nağdsız valyuta məzənnələrinin müəyyən edilməsi;
- Departamentin funksiyaları daxilində departament rəhbərliyinin digər tapşırıqlarını yerinə yetirir.
- Dövrü audit yoxlamalarından yaranmış tələblərin icrasını təmin edir;
- Şöbəyə daxil olan məktublar əsasında araşdırmalar aparılması, müvafiq arayışların hazırlanmasını təşkil edir;
Namizədə tələblər:
- Ali təhsil (İqtisadi/Biznes üzrə);
- Bank Qanunvericiliyinə dair ümumi biliklər;
- Ən azı 1 il maliyyə bazarlarında əməliyyatlar sahəsində təcrübə;
- Rus və İngilis dillərini bilməsi üstünlük sayılır;
- Dəqiqlik, detallara fikir vermək qabiliyyəti;
- Analitik düşüncə;
- Operativlik.
- MS Office proqramlarında işləmək biliyi; Peşəkar səviyyədə MS Excell-dən istifadə bacarığı
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini (Azərbaycan dilində) cv@btb.az elektron ünvanına göndərə bilərlər.
Müraciət etdiyiniz vəzifənin adını email-ın mövzu hissəsində (Xəzinədarlıq departamenti, Dilinq şöbəsinin kiçik mütəxəssisi) göstərməyiniz xahiş olunur.