
Bakı
Əsas vəzifə öhdəlikləri:
Tədris prosesinin keyfiyyətinə nəzarət və onun müasir metodlara uyğunluğunun təmin edilməsi;
Müəllimlərin dərslərinin monitorinqi üçün meyarların formalaşdırılması və bu meyarların ehtiyaca görə əsaslandırma (yazılı) təqdim etməklə davamlı inkişafını təmin edilməsi;
Təsdiq olunmuş meyarlar əsasında müəllimlərin dərslərinin monitorinqini aparılması;
Hər bir monitorinqdən sonra təyin olunmuş meyarlar və tələbələrlə söhbət əsasında müəllimin qiymətləndirilməsinə dair yazılı hesabat hazırlayıb rəhbərliyə təqdim edilməsi;
Monitorinq nəticələrinə dair hesabatda baş müəllimin müəllimlə bağlı ümumi rəyinin, inkişaf etdirməli olduğu zəif tərəflər və bununla bağlı baş müəllimin digər zəruri hesab etdiyi rəy və tövsiyyələrin əhatə edilməsi;
Baş müəllim tərəfindən dərsin monitorinqinə dair hazırlanmış hesabatın bir nüsxəsinin müəllimə təqdim edilməsi, bu hesabata dair ətraflı məlumat verilməsi, çatışmazlıqların aradan qaldırılması üçün rəy və təkliflərin bildirilməsi;
Monitorinq və aylıq hesabatda qeyd etdiyi təklifləri, həmçinin rəhbərliklə müzakirə nəticəsində formalaşan mövzularda müəllimlərə müvafiq olaraq fərdi və qrup şəklində təlimlər keçilməsi;
Uzunmüddətli tədris strategiyalarının hazırlanması və tətbiqi;
İngilis dilinin tədrisi ilə bağlı beynalxalq təşkilatlar tərəfindən hazırlanmış dərs vəsaitlərinin həmin təşkilatın tövsiyyəsi və standartlarına əsasən tədris prosesində istifadə olunmasına nəzarət edilməsi;
Tələbələrin göstəricilərinə nəzarət, uyğunsuzluqların analizi və aradan qaldırılması üçün konstruktiv təkliflərin hazırlanması;
Ümumi İngilis dili, IELTS, SAT (verbal), GRE, GMAT, TOEFL hazırlıq proqramlarının təkmilləşdirilməsinə dair təkliflərin hazırlanması və xətti menecerə təqdim olunması;
Dərs planlarının və proqramlarının tərtib edilməsi, davamlı inkişafı və onların icrasına nəzarət;
Səviyyə müəyyən etmə, yarımfınal və yekun imtahan materiallarının mütəmadi yenilənməsi, “Speaking” və “writing” hissəsi üçün sualların standartlaşdırılması;
Müəllimlərin pedaqoji fəaliyyəti, imtahanların nəticələrinin yoxlanması və müəllimlərin bilik və bacarıqları ilə bağlı tələbələrin irad və təkliflərinə ekspert kimi rəy verilməsi;
Sınaq imtahanları bölməsinin müştəriləri tərəfindən şirkətin sınaq imtahanları ilə bağlı (sualların doğru qoyulması, cavabların doğru və ya səhv qəbul olunması və s.) problemlər yarananda ekspert kimi məsələyə dair rəy verməsi;
Müəllimlərə yeni metodologiyaları mənimsəmələri və tətbiqi ilə bağlı təlimlərin keçirilməsi;
Yeni cəlb olunan müəllimlərin proqramla tanış edilməsi, təlimləndirməsi və adaptasiya prosesinə nəzarət edilməsi;
Müəllimlərin inkişafının təşviq olunması məqsədi ilə karyera pillələnməsinin təmin olunması üçün (təcrübə, monitorinq nəticəsində aldığı dərəcələr, tələbələrin göstəriciləri və mənuniyyət sorğuları və s. əsasında) titulların verilməsi prosedurunun hazırlanmasında və bu prosedurların davamlı inkişaf etdirilməsində aidiyyəti üzrə iştirak edilməsi;
Müəllim təcrübə proqramlarının təşkili və təkmilləşdirilməsinə dair təkliflərin verilməsi;
Tələbə və müəllim məmnuniyyətinin artırılmasına yönəlik layihələrin həyata keçirilməsi;
Müəllim komandasının əlaqələndirilməsi və peşəkar əməkdaşlığın təşviqi;
Müəllimlərin marketinq bölməsi ilə işləməsinin və koordinasiyasının həyata keçirilməsi, İnsan Resursları nümayəndəsi ilə müəllim seçimi müsahibələrində və “demo” dərslərdə iştirak və rəy bildirilməsi.
Tələblər:
Ali təhsil (İngilis dili müəllimliyi və ya tərcümə ixtisasları);
Ümumi IELTS nəticəsi minimum 7.5 olmalıdır;
Müvafiq proqramlar üzrə diplom və ya sertifikatın olması (TKT, TESOL,TEFL, CELTA, DELTA) üstünlükdür;
İngilis dilinin tədrisi üzrə ən az 5 il iş təcrübəsi;
Tədris proqramlarının hazırlanmasında iştirak və icrasına nəzarət üzrə təcrübə;
Dərslərin monitorinqi və qiymətləndirilməsi, tədris proseslərinin və müəllim heyətinin idarə olunması üzrə mütləq təcrübə;
Güclü kommunikasiya, analiz və təşkilatçılıq qabiliyyəti;
Yenilikçi və təşəbbüskar yanaşma;
Tədris texnologiyalarından istifadə bacarığı.
İş yeri: Barattsonun filialları;
Əmək haqqı: Razılaşma yolu;
İş qrafiki: Həftəiçi 5 gün (10:00-19:00).
Qeyd: Dillər bölməsinin rəhbərliyinə hesabat verir.
Namizədlərdən CV formalarını vacancy@barattson.com email ünvanına, mövzu hissədə mütləq vəzifənin adı “Baş müəllim” qeyd olunmaqla göndərməkləri xahiş olunur.
CV-nin son göndərilmə tarixi: 31 may 2025-ci il.