Efir prodüseri
İctimai Televiziya və Radio Yayımları Şirkəti
Müddət: 2025-01-17 - 2025-02-18

Baxış sayı: 169
Vakansiya № 1012923
Şəhər:
Bakı
İşin təsviri:
- Xəbər buraxılışının texniki baxımdan formalaşdırılması;
- Xəbər efirə gedən zaman rejissor otağında olmaq və düzgün qaydada xəbərin efirə getməsini təmin etmək;
- Titrların yekun yoxlanılması və materialda titrın düzgün əks edilməsinə nəzarət;
- Xəbər buraxılışlarının tərkibinin Baş Direktor, Baş direktorun müavini, departament direktoru və ya onun müavinlərinin tapşırığı əsasında dəyişdirilməsi;
- Xəbər buraxılışının xronometrajının hesablanması və müvafiq məlumatın aparıcıya, buraxılış redaktoruna, departament direktoruna və onun müavinlərinə təqdim edilməsi;
- Efirə gedəcək qrafik həllərin İctimai Televiziya və Radio Yayımları şirkətinin standartlarına uyğunluğuna nəzarət etmək;
- Canlı yayımların təmin edilməsi;
- Buraxılış zamanı efirin idarə edilməsi və yaranan problemlərin departament direktoruna məlumat verməklə aradan qaldırılması;
- Qrafik tərtibatların hazırlanması;
- Ehtiyac yarandıqda aparıcılara və buraxılış redaktorlarına köməklik göstərilməsi.
Tələblər:
- Televiziya kanallarında 6 il iş təcrübəsi
- Adobe Premier proqramında işləmə bacarığı
- Geniş araşdırma bacarığına sahib olmalı;
- Yazı və danışıq qabiliyyəti;
- Rus və ya ingilis dili biliyi.
Müraciət üçün link: https://jobs.glorri.az/vacancies/itv/itv-efir-produseri-8150/apply?source=Position
Bu kateqoriyada digər vakansiyalar
Bu kateqoriyada təlim və seminarlar