Ekspeditor
Azdizayn Group MMC
Müddət: 2025-01-29 - 2025-03-01

Baxış sayı: 149
Vakansiya № 1013049
Şəhər:
Bakı
İşin təsviri:
- Müəyyən edilmiş ərazilərdə mağazaların ziyarət edilməsi, yeni müştərilərin tapılması;
- Yeni müştərilərlə görüş zamanı məhsullar haqqında ətraflı məlumat verilməsi, təqdimat edilməsi;
- Ərazilərdəki mağazalarda olan şirkət məhsullarına, vitrinlərə nəzarət edilməsi;
- Müştəri satışlarının analiz edilməsi və mütəmadi əlaqələrin saxlanması;
- Geriqayıdan məhsul olduqda topdan satış müdirinə və anbara məlumat verilməsi;
- Topdan satış müdirinə günlük hesabatların verilməsi;
- Satış nöqtələrində vitrinlərin mütamadi dəyişdirilməsi və daimi nəzarəti;
- Satış nöqtələrində vitrinlərin geri götürülməsi və ya yeni vitrinlərlə təmin edilməsi.
Tələblər:
- Bakalavr üstünlükdür;
- Müvafiq sahə üzrə minimum 3 il iş təcrübəsi;
- Dil bilikləri: Azərbaycan dili səlis, (Rus dili üstünlükdür)
- Kompüter bilikləri (MS Office, Micro üstünlükdür);
- Satış bacarığı;
- Təqdimetmə bacarığı;
- Planlama bacarığı;
- Ünsiyyət bacarığı;
- Müştəriyönümlülük;
- Tikinti məhsulları satışı sahəsində təcrübəsinin olması üstünlükdür.
İş şəraiti:
- 6 günlük iş həftəsi ;
- Əmək Məcəlləsinə əsasən sənədləşmə;
- Korporativ nömrə;
- Əmək haqqı: fix 500 + bonus;
- Yanacaq və amortizasiya xərcləri (şəxsi maşın mütləqdir).
Vakansiyaya müraciət üçün CV-ləri “Ekspeditor” başlığı ilə hr@az-dizayn.az e-mail ünvanına göndərməyiniz xahiş olunur.
Bu kateqoriyada digər vakansiyalar
Bu kateqoriyada təlim və seminarlar
Bu şirkətin digər vakansiyaları