ƏL/TMM üzrə əməliyyatların monitorinqi mütəxəssisi
MPAY
Müddət: 2025-04-25 - 2025-05-25

Baxış sayı: 169
Vakansiya № 1013765
Şəhər:
Bakı
İşin təsviri:
- Xüsusi proqram təminatı vasitəsilə tətbiq edilən indikatorlara və ssenarilərə uyğun gələn əməliyyatların əmlakın leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsi (ƏL/TM) riskləri baxımından gündəlik davamlı monitorinqinin aparılması;
- Şübhəli əməliyyatların aşkar edilməsi, bunlara dair hesabatın hazırlanması və müvafiq dövlət orqanına təqdim edilməsi;
- ƏL/TM şübhəsi olan əməliyyatların aşkarlanması meyarlarının (indikatorların, ssenarilərin) müəyyən edilməsi, effektivliyinin qiymətləndirilməsi və zərurətə uyğun olaraq yenilənməsinin təmin edilməsi;
- Məbləğ limitindən asılı olan əməliyyatlara və məbləğ limitindən asılı olmayan əməliyyatlara dair hesabatların təqdim edilməsi;
- Müvafiq dövlət orqanlarından, Mərkəzi Bankdan və digər aidiyyəti qurumlardan/təşkilatlardan ƏL/TMM ilə bağlı daxil olan sorğuların cavablandırılması;
- ƏL/TM şübhəsi olan əməliyyatların aşkarlanmasına, təhlil edilməsinə və ƏL/TMM üzrə daxili qayda və prosedurların tələblərinə dair struktur bölmələrinin əməkdaşlarına təlimlərin və praktiki məşğələlərin keçirilməsi.
Tələblər:
- Ali təhsil (maliyyə, iqtisadiyyat, bank işi və ya əlaqəli sahə üzrə)
- 2 il iş təcrübəsi
- Ofis proqramları ilə işləmək
İş şəraiti:
- Ofis daxili;
- Əmək haqqının 15 gündən bir ödənilməsi;
- Tibbi sığorta təminatının verilməsi;
- Nahar yeməyinin təmin olunması;
- “Birlikdə istirahət” tədbirlərinin keçirilməsi.
Müraciət et
Bu kateqoriyada digər vakansiyalar