Əmək haqqı üzrə mühasib
Ayan MMC Müddət: 2025-04-11 - 2025-05-11
Baxış sayı: 234 Vakansiya № 1013645
Şəhər:

Bakı


Vəzifə öhdəlikləri

  • İşçilərin aylıq əmək haqlarının, gəlir vergisi, sosial sığorta və digər tutulmaların hesablanması;
  • Məzuniyyət haqlarının, mükafatların və son haqq-hesab ödənişlərinin hesablanması;
  • Kadrlar şöbəsi ilə birlikdə Dövlət Sosial Müdafiə Fondu hesabına ödənilən müavinətlərin (hamiləliyə və doğuma görə, əmək qabiliyyətini müvəqqəti itirilməsi, uşağın anadan olmasına görə, 3 yaşa qədər uşağa qulluğa görə, dəfn üçün müavinət) hesablanması, protokolun hazırlanması, sənədləşdirilməsinə nəzarət;
  • İşçilər üçün bank kartlarının sifarişi və əmək haqqı kartları ilə bağlı problemlərin həllində dəstək;
  • Əmək haqqının verilmə dövrünə uyğun olaraq əmək haqqına dair məlumatların vaxtında və düzgün şəkildə müvafiq proqrama daxil olunmasının təmin edilməsi;
  • İşçilərin əmək haqqı ilə bağlı suallarının vaxtlı-vaxtında cavablandırılması.

Namizədə dair tələblər:

  • Ali təhsil (Maliyyə və mühasibatlıq sahəsi üzrə)
  • Xanım namizədlərə üstünlük verilir
  • Müvafiq sahədə 1-3 il iş təcrübəsi 
  • Əmək Məcəlləsi və Vergi Məcəlləsi üzrə müvafiq biliklər
  • Dil bilikləri: Azərbaycan dili – mükəmməl, rus dili – orta
  • Riyazi hesablama aparma, analitik təhlil etmə qabiliyyəti
  • MS Office proqramlarını bilməli
  • Xırdalana yaxın ərazilərdə (Sumqayıt, Masazır, Biləcəri) ərazisində yaşayanlara üstünlük veriləcəkdir.

Əlavə məlumatlar:

  • Nahar şirkət tərəfindən verilir
  • İş qrafiki: 5 gün
  • Əmək haqqı: Razılaşma əsasında

Göstərilən tələblərə cavab verən namizədlər öz CV–lərini hr@ayanltd.az elektron ünvanına, mövzu hissəsində vəzifənin adı “Əmək haqqı üzrə Mühasib” qeyd olunmaqla, göndərə bilərlər.

Müsahibəyə dəvət olunan namizədlər şirkətə giriş üçün şəxsiyyət vəsiqəsini təqdim etməlidirlər. Əlaqə nömrələri: +994512707504