Əməliyyat riskləri üzrə baş mütəxəssis
AFB Bank
Müddət: 2024-09-05 - 2024-10-04
Baxış sayı: 318
Vakansiya № 1012356
Şəhər:
Bakı
NAMİZƏDƏ DAİR TƏLƏBLƏR:
- Ali təhsil;
- Müvafiq sahə üzrə azı 2 il iş təcrübəsi;
- Yüksək səviyyədə Azərbaycan və İngilis dili bilikləri;
- Analitik düşüncə, məsuliyyətlilik və nəticəyönümlülük;
- MS Office proqramında (xüsusilə MS Excel) sərbəst işləmək bacarığı;
- Dəqiqlik, detallara diqqət yetirmək qabiliyyəti.
İŞİN TƏSVİRİ:
- Risklərin idarə edilməsi sahəsində qanunvericilik, normativ aktlar və qaydaları bilmək;
- Əməliyyat risklərin müəyyənləşdirilməsi, qiymətləndirilməsi üzrə mövcud metodolgiyanın tətbiqi və inkişaf etdirilməsi;
- Əməliyyat risklərinin idarə olunması prosesində risklərin azaldılması, ötürülməsi və qarşının alınması ilə bağlı təkliflərin verilməsi;
- Yeni xidmət və məhsullar, qayda və prosedurlar, biznes proseslər üzrə risk əsaslı rəylərin verilməsində iştirak;
- İnsidentlərin bazasının, eləcə də itki məlumat bazasının təkmilləşdirilməsi və tətbiqinin təşkili;
- Əməliyyat risklərinin idarə edilməsi üzrə əsas risk indikatorlarına (KRİ) dair məlumatların toplanaraq təhlil olunması və müvafiq forma üzrə hesabatlığın təşkili;
- Əməliyyat risklərinin idarə edilməsi üçün Daxili audit yoxlamalarının nəticələrinin, Daxili nəzarət hesbatlarının və digər məlumatların araşdırılmasında iştirak etmək;
- RCSA (Risk və Nəzarət Özünü Qiymətləndirmə) prosesinin qrulmasına dəstək olmaq;
- Risk sorğularının təşkili və risk xəritəsinin təkmilləşdirilməsinə dəstək olmaq;
- Risk iştahının hazırlanmasında iştirak etmək;
- Fövqəladə hallar planının hazırlanmasında iştirak etmək.
Uyğun namizədlərdən CV-lərini mövzu sətrində “Əməliyyat riskləri üzrə baş mütəxəssis” qeydi edərək cv@afb.az elektron ünvanına göndərməyini xahiş edirik
Bu kateqoriyada digər vakansiyalar