Əməliyyatların inzibatiləşdirilməsi şöbəsinin kiçik mütəxəssisi/mütəxəssisi
Bank BTB
Müddət: 2025-06-11 - 2025-07-11

Baxış sayı: 353
Vakansiya № 1014075
Şəhər:
Bakı
İşin təsviri:
- Kredit məhsullarının rəsmiləşdirilməsi prosesini həyata keçirir.
- Müvafiq struktur bölmələri ilə birgə yeni yaradılan kredit məhsullarının rəsmiləşməsi prosesinə dair təkliflər verir;
- Bankdaxili sənədlərə əsasən səlahiyyətli şəxslər/orqanlar/qurumlar tərəfindən verilməsi təsdiqlənmiş kreditlərin Azərbaycan Respublikasının qanunvericiliyinə eləcə də Bankın daxili qaydalarına uyğun rəsmiləşməsini təmin edir;
- Müvafiq struktur bölmələri ilə birgə kreditlərin rəsmiləşməsi prosesinin daha effektli təşkili ilə bağlı təkliflər verir;
- Müştərilərin kredit dosyelərini komplektləşdirir, sənədlərin Azərbaycan Respublikasının qanunvericiliyi və bankdaxili qaydalara uyğun toplanmasını və hazırlanmasını təmin edir;
- Kredit moduluna məlumatları daxil edir;
- Girovun (ipotekanın) dövlət reyestrində qeydiyyatı üçün müraciətlər hazırlayır;
- Səlahiyyətli şəxsin, Şöbə rəhbərinin və Departament direktorunun bu şöbəyə həvalə etdiyi digər vəzifələri həyata keçirir.
Tələblər:
- Ali təhsil;
- MS Office proqramlarında işləmək bacarığı;
- Kollektivdə ünsiyyət qurmaq və komandada işləmək bacarığı;
- Yüksək məsuliyyət hissi;
- Bankın əməkdaşlarına və müştərilərə loyal yanaşma;
- Səlis Azərbaycan dili biliyi, rus və ingilis dili arzuolunandır.
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini (azərbaycan dilində) cv@btb.az elektron ünvanına göndərə bilərlər.
Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində (Biznesin inkişafı və marketinq departamenti, Əməliyyatların inzibatiləşdirilməsi şöbəsinin kiçik mütəxəssisi/mütəxəssisi) göstərməyiniz xahiş olunur.
Bu kateqoriyada digər vakansiyalar