Filial əməliyyatları üzrə rəhbər
Human Capital Baku
Müddət: 2025-03-17 - 2025-04-17

Baxış sayı: 227
Vakansiya № 1013469
Şəhər:
Bakı
İşin təsviri:
- Texniki idarəetmə və nəzarət – filiallarda texnika və aqreqatların saz vəziyyətdə saxlanılmasına nəzarət etməli və texniki nasazlıqların vaxtında aradan qaldırılmasını təmin etməli;
- Təmir və texniki xidmət – texnikaların əsaslı və cari təmir planlarının icrasına nəzarət etməli və ehtiyat hissələrin vaxtında təmin olunmasına nəzarət etməli;
- Anbar və təchizat idarəetməsi – ehtiyat hissələrin təchizatını təşkil etməli və 1C proqramında dövriyyəni təhlil etməli;
- Koordinasiya və əlaqə – dövlət qurumları və filiallarla texniki sənədləşməni və əlaqəni təmin etməli;
- Təlim və heyət idarəetməsi – sürücülərə və mexanizatorlara təlimlər keçməli və onların fəaliyyətini nəzarətdə saxlamalı;
- GPS nəzarəti – texnikaların və xidməti avtomobillərin GPS-də izlənilməsini təmin etməli;
- Hesabatlıq və analitika – texnikaların fəaliyyəti barədə aylıq və rüblük hesabatlar hazırlamalı və rəhbərliyə təqdim etməli.
Tələblər:
- Ali təhsil (İdarəetmə, Mexanika, Texnika və ya oxşar sahələr üzrə);
- Proqram bilikləri: 1C və MS Office proqramlarını yüksək səviyyədə bilməli;
- Dil bilikləri: Azərbaycan və Rus dillərində səlis danışıq (İngilis dili üstünlükdür).
- Şəxsi keyfiyyətlər:
- Diqqətli və məsuliyyətli – detallara və məxfi məlumatlara qarşı həssaslıq;
- Yüksək təşkilatçılıq və vaxtın idarə olunması – prosesləri dəqiq və səmərəli idarə etməli;
- Effektiv ünsiyyət və komandada işləmə – komanda ruhunu qoruya bilməli və əməkdaşlarla düzgün əlaqə qurmalı;
- Problem həll etmə və qərarvermə qabiliyyəti – çətin vəziyyətlərdə sürətli və düzgün qərar verməli;
- Təşəbbüskar və çevik – yeniliklərə açıq və adaptasiya bacarığı yüksək olmalıdır.
Müraciət üçün link: https://hcb.az/vacancy/6501
Bu kateqoriyada digər vakansiyalar
Vəzifə | Şirkət | Müddət |
---|---|---|
Maliyyə meneceri | AS İnşaat MMC | 2025-04-25 - 2025-05-25 |