Filial meneceri
Qarant Kredit Müddət: 2025-01-26 - 2025-02-27
Baxış sayı: 161 Vakansiya № 1013014
Şəhər:

Quba


İşin təsviri:
Filialın cari fəaliyyətinə rəhbərliyi həyata keçirmək;
Filialın balansında olan maddi əşyaların o cümlədən avadanlıqların, inventarların hərəkəti və istismarına nəzarəti həyata keçirmək;
Filialın işçi heyətini idarə etmək;
Filialın kassasına mədaxil və məxaric olan olan pul vəsaitlərinin hərəkəti və istismarına nəzarəti həyata keçirmək;
Filialında balansında olan nağd pul vəsaitləri ilə əlaqədar hesabatları təsdiqləmək;
Filial əməkdaşlarının effektivliyi, peşəkarlıq və bili səviyyəsini inkişaf etdirmək;
Filialın müştəri bazasının genişləndirilməsi üçün yeni təkliflər planı hazırlamaq;
Filialın kredit portfelinin idarə olunması və idarə olunmasına nəzarət;
Filial üçün prioritetlərin və məqsədlərin tətbiq olunmasına cavabdehlik;
Filialın kredit portfelin idarə etmək və maliyyə əməliyyatlarına nəzarət etmək;
Müştərilərdə bağlılıq yaratmaq, rəqiblərin vəziyyətini və bazar paylarını analiz etmək;
Problemlərin, risklərin idarə edilməsi, həlli yollarının araşdırılması, həll edilməsinə nəzarət;
Ümumi hədəf və məqsədlərə təsir göstərə bilən filial əməliyyatları ilə bağlı məsələlərdə Baş Ofis və digər filialları əlaqələndirilməsi;
Tələb olunan hesabatları dəqiq və vaxtında verilməsi;
Filialın hədəf və məqsədlərinə nail olmaq üçün işçi heyətini həvəsləndirmək və ruhlandırmaq;
Təşkilatın xidmətlərinin yaxşılaşdırılması və rəqabətliliyinin təmin edilməsi üçün digər kredit təşkilatlarının daxil olduğu ərazilərdə bazar fəaliyyətinin məlumatlarını öyrənilməsi;
Filialın effektiv  büdcəsini işləmək və planlaşdırmaq, maliyyə hədəflərinə çatmaq üçün fəal iştirak etmək;
Bütün kredit verilmə prosesini və müəyyən edilmiş prosedurları nəzarətdə saxlamaq;
Girov əməliyyatlarının  yerinə yetirilməsinin prosedurlara uyğunluğuna nəzarət etmək;
Rəhbərlik tərəfindən verilən tapşırıqları dəqiq və düzgün şəkildə icra etmək;
Kreditlə bağlı işçilərin, kreditlərin diversifikasiyasına nəzarət və müvafiq tapşırıqlar vermək, bölgüyə nəzarət etmək;
Kreditlə bağlı tələb olunan sahə səfərlərini təşkil etmək;
Baş ofis ilə həvəsləndirmə strategiyasının və marketinq planın hazırlanmasındasında  fəal iştirak etmək;
Qızıl qəbulu prosesində iştirak edir və qızıl qəbulu və qaytarılması aktlarını şirkət adından imza  və möhürlə təsdiq etmək;
Heyətin idarə edilməsi ilə bağlı müvafiq təklif və qərarların verilməsi.

Tələblər:
İqtisadiyyat / Maliyyə sahəsində ali təhsil və 1 ildən 3 ilədək müvafiq sahədə təcrübə (Bank, BOKT, Lombard)
Vəziyyəti düzgün qiymətləndirmək və qərar qəbul etmək;
Ünsiyyət yaratmaq, dinləmək və müşahidə etmək, insanların psixologiyasına bələd olmaq;
Kompüterdə, Outlook, MS Word və Excel proqramlarında işləmək.

 

  • Əlavə məlumatlar:
    Əmək haqqı: Namizədin bacarıqlarına əsasən təyin edilir.
    Ay sonu bonuslar mövcuddur.
    İş vaxtı: Bazar ertəsi-Cümə günləri, 09:00-18:00, Şənbə günü (qısaldılmış iş vaxtı) 10:00-16:00;
    İş yeri: Quba şəhərində yerləşir;


    Filial Meneceri (Quba filialı) ) adını məktubun mövzu hissəsində göstərməklə CV-nizi hr@qarantkredit.az elektron ünvanına və ya  göndərməyiniz xahiş olunur. Əks təqdirdə müraciətinizə baxılmaya bilər.