Fiziki şəxslərə xidmət üzrə təcrübəçi
Yelo Bank
Müddət: 2025-04-04 - 2025-04-30

Baxış sayı: 388
Vakansiya № 1013573
Şəhər:
Bakı
İşin təsviri:
- Bankın fiziki şəxs müştərilərinə xidmət edilməsi, bank məhsulları və tarifləri haqqında müştərilərə məlumatın verilməsi, fiziki şəxs müştərilərinin cəlb edilməsi;
- Banka daxil olan müştərilərin aidiyyatı üzrə yönləndirilməsi;
- Kreditlə bağlı məlumatların bankın proqramına daxil edilməsi, müvafiq bank hesablarının açılması;
- Müştərilər tərəfindən təqdim edilən ödəniş sənədlərinə əsasən onların hesabları üzrə əməliyyatların həyata keçirilməsi;
- Nağd pul üzrə mədaxil və məxaric əməliyyatının aparılması;
- Konvertasiya əməliyyatlarının həyata keçirilməsi;
- Müştərinin hesablaşma-kassa əməliyyatları haqqında məlumatlarının əməliyyat günü ərzində sistemə daxil edilməsi və müvafiq müxabirləşmələrin verilməsi;
- Müştərilər tərəfindən daxil olan sorğuların cavablandırırılması;
- Müştərilərin şəxsi hesablarından çıxarışların hazırlanması;
- İcrası bitmiş sənədlərin arxivə təhvil verilməsi üçün tələb olunan qaydada qovluqların formalaşdırılmasının təmin edilməsi və s.
Tələblər:
- Ali təhsil;
- Ünsiyyət qurmaq və satış bacarığı;
- Yaxşı riyazi biliklər;
- Komandada işləmək bacarığı.
Sizə nə təklif edilir
- Öz bilik və bacarıqlarınızı nümayiş və inkişaf etdirmək üçün rahat iş şəraiti;
- Performansın illik qiymətləndirməsi və gələcək karyeranızın qurulması üçün geniş imkanlar;
- Müasir idarəetmə sistemi və mehriban kollektiv.
Qeyd: Təcrübə proqramını 3ay müddətinə olacaq və ödənişsizdir. Müddəti uğurla başa vuran təcrübəçilərin işlə təmin olunma ehtimalı var.
Müraciət üçün link: https://jobs.glorri.az/vacancies/yelo/yelo-baki-fiziki-sexslere-xidmet-uzre-tecrubeci-15998/apply
Bu kateqoriyada digər vakansiyalar
Bu şirkətin digər vakansiyaları