Fiziki şəxslərə xidmət üzrə təcrübəçi / Kiçik mütəxəssis / Mütəxəssis / Aparıcı mütəxəssis / Baş mütəxəssis
Yelo Bank
Müddət: 2025-01-07 - 2025-02-12

Baxış sayı: 393
Vakansiya № 1012804
Şəhər:
Bakı
İşin təsviri:
- Bankın fiziki şəxs müştərilərinə xidmət edilməsi, bank məhsulları və tarifləri haqqında müştərilərə məlumatın verilməsi, fiziki şəxs müştərilərinin cəlb edilməsi;
- İstehlak, ipoteka və digər kredit məhsulları üzrə mövcud şərtlərlə müştərilərin cəlb edilməsi və bununla bağlı müvafiq mütəxəssis məsləhətlərinin verilməsi;
- Müştərinin ödəmə qabiliyyətinin ilkin qiymətləndirilməsi;
- İstehlak krediti portfelinin daimi monitorinq edilməsi;
- İstehlak kreditləri üzrə sifarışlərin qəbul edilməsi, kreditlərin bankın daxili prosedur və qaydalarına uyğun verilməsi, habelə kredit rəsmiləşdirilməsi üçün sənədlərin toplanması;
- Daxili qaydalardan kənarlaşmalar olduqda müvafiq qaydada məlumatların hazırlanması və Kredit Komitəsinin müzakirəsinə çıxarılması üçün müvafiq səlahiyyətli şəxsə təqdim edilməsi;
- İstehlak kreditləri üzrə toplanmış sənədlərin sürətinin (skan formasında) qərarverici şəxslərə (Pərakəndə kreditlərin analizi qrupu, Risk departamentində “undewriter” və s.) göndərilməsinin təmin edilməsi;
- Kreditləşmə üçün sənədlərin hazırlanması və sənədlər toplusunun yoxlanılması üçün kredit inzibatçısına təqdim edilməsi;
- Kreditlə bağlı məlumatların bankın proqramına daxil edilməsi, müvafiq bank hesablarının açılması;
- Müştərilər tərəfindən təqdim edilən ödəniş sənədlərinə əsasən onların hesabları üzrə əməliyyatların həyata keçirilməsi;
- Müştərilərin ödəniş sənədlərinin XÖHKS, AZİPS, SWİFT sistemlərində modifikasiya edilməsi;
- Nağd pul üzrə mədaxil və məxaric əməliyyatının aparılması;
- Konvertasiya əməliyyatlarının həyata keçirilməsi;
- Əməliyyat və xidmət üzrə komisiyon haqlarınının tutulması;
- Müştərinin hesablaşma-kassa əməliyyatları haqqında məlumatlarının əməliyyat günü ərzində sistemə daxil edilməsi və müvafiq müxabirləşmələrin verilməsi;
- Sürətli pul köçürmələri üzrə əməliyyatların həyata keçirilməsi;
- Müştərilər tərəfindən daxil olan sorğuların cavablandırırılması;
- Müştərilərin şəxsi hesablarından çıxarışların hazırlanması;
- İcrası bitmiş sənədlərin arxivə təhvil verilməsi üçün tələb olunan qaydada qovluqların formalaşdırılmasının təmin edilməsi.
Tələblər:
- Ali təhsil;
- İş təcrübəsi - Bank sahəsində minimum 6 ay;
- Ünsiyyət qurmaq və satış bacarığı;
- Riyazi biliklər;
- Komandada işləmək bacarığı.
Sizə nə təklif edilir:
- Öz bilik və bacarıqlarınızı nümayiş və inkişaf etdirmək üçün rahat iş şəraiti;
- Performansın illik qiymətləndirməsi və gələcək karyeranızın qurulması üçün geniş imkanlar;
- Könüllü tibbi sığorta proqramına qoşulma;
- Yığım sığortasına qoşulma imkanı;
- Müasir idarəetmə sistemi və mehriban kollektiv.
Ünvan: Mərdəkan, Zabrat
Müraciət üçün link: https://jobs.glorri.az/vacancies/yelo/yelo-merdekan-zabrat-fiziki-sexslere-xidmet-uzre-tecrubeci-kicik-mutexessis-mutexessis-apa-3462/apply
Bu kateqoriyada digər vakansiyalar
Bu şirkətin digər vakansiyaları