Gecə növbəsinin həkim-koordinatoru
Meqa Sığorta ASC Müddət: 2025-01-15 - 2025-02-16
Baxış sayı: 130 Vakansiya № 1012888
Şəhər:

Bakı


İşin təsviri:

  • Sığortalıların müraciətlərini qəbul etmək və ilkin tibbi ekspertiza aparmaq.
  • Müayinə və müalicəni tibbi proqrama uyğun təşkil etmək.
  • Sığortalıları müvafiq həkimlərə və ya apteklərə yönləndirmək.
  • Təcili və planlı tibbi yardımın koordinasiyasını həyata keçirmək.
  • Sığortalıların müraciət və nəticələrinin uçotunu aparmaq və hesabatlar tərtib etmək.
  • Müştərilərə tibbi sığorta xidmətləri haqqında ətraflı məlumat vermək və müştəri məmnuniyyətini qorumaq.
  • Vəzifə təlimatına uyğun digər xidməti vəzifələri icra etmək.

Tələblər:

  • Şəxsi keyfiyyətlər və bacarıqlar: Müştəri ilə ünsiyyət qurmaq, təhlil etmə, yazılı və şifahi kommunikasiya, komanda işi, intizamlılıq, dəqiqlik, məsuliyyət və məqsədyönümlülük.
  • Təhsil: Ali Tibbi (stomatologiya istisna olmaqla).
  • İş təcrübəsi: Tibbi sığorta və ya səhiyyə müəssisələrində ən azı 1 il iş təcrübəsi üstünlükdür.
  • Dil bilikləri: Azərbaycan dili – tam sərbəst, Rus dili – sərbəst danışa bilmək. İngilis dili: arzuolunandır.
  • Kompüter bacarıqları: Microsoft Office Word və Excel – sərbəst istifadəçi.

Əmək şəraiti və şərtləri:

  • İş vaxtı: Aylıq qrafik əsasında.
  • Əmək haqqı: namizədin təcrübə və səriştəsinə uyğun olaraq müəyyən olunur.  
  • Əsas məzuniyyət hüququ: 30 gün. Əlavə məzuniyyət hüququ: Qanunvericiliyə görə işçiyə düşən digər hüquq və imtiyazlarına uyğun verilir.   
  • Tibbi sığorta təminatı.
  • Fitnes mərkəzləri şəbəkəsindən istifadə etmək üçün Push30.az xidmətinə qoşula bilmək imkanı.  
  • “Meqa Sığorta” ASC-nin Təlim akademiyasında təlim almaq imkanı.

Müraciət üçün zəhmət olmasa CV-nizi "Həkim-koordinator" mövzusu ilə hr@meqasigorta.az ünvanına göndərin.  Müsahibəyə vakansiya tələblərinə cavab verən namizədlər dəvət olunur.