İdarəetmə orqanları ilə iş şöbəsinin hüquq məsləhətçisi
Xalq Bank
Müddət: 2024-12-24 - 2025-01-28

Baxış sayı: 242
Vakansiya № 1012696
Şəhər:
Bakı
İşin təsviri:
- Müşahidə Şurası və İdarə Heyəti iclaslarının gündəliyinin yoxlanılması/Protokollarının hazırlanması;
- Əmr, Sərəncam, Etibarnamə və digər inzibati sənədlərin hazırlanması;
- İdarəetmə orqanlarının işinin əlaqələndirilməsi;
- İdarəetmə orqanlarının səlahiyyət bölgülərinin vaxtaşırı təhlili;
- Müşahidə Şurası və İdarə Heyəti üzvlərinin bankdaxili normativ aktlar, zəruri informasiya və hesabatlarla təmin edilməsi;
- Bank əməkdaşlarına elektron imza sertifikatlarının alınması və müddətlərinin izlənilməsi;
- Kredit, təminat və digər müqavilə şablonlarının təsdiqi və uçotunun aparılması və s.
Tələblər:
- Hüquq sahəsində ali magistr təhsilinin olması;
- Hərbi xidməti bitirən və ya hərbi xidmətdən möhlət hüququ olan (oğlanlar üçün);
- Korporativ idarəetmə/korporativ katiblik və ya əlaqəli sahələrdə iş təcrübəsinin olması arzuolunandır;
- Azərbaycan Respublikasının qanunvericilik və normativ-hüquqi aktlarını bilməsi;
- Bank fəaliyyətini tənzimləyən qanunvericilik bazası və maliyyə bazarlarına nəzarət orqanının normativ aktlarını bilməsi;
- Kargüzarlıq işinin əsaslarını bilməsi;
- Hüquqi sənədlərin sistemləşdirilməsi, aparılması və uçotu qaydalarını bilməsi;
- Azərbaycan dilini mükəmməl səviyyədə bilməsi;
- Yüksək qavrama və öyrənmə qabiliyyəti;
- İşə yaradıcı yanaşmaq, yeni ideyalara malik olmaq və yeni ideyaları stimullaşdıra bilmək bacarığı;
- İşdə dəqiqlik və detallara fikir vermə qabiliyyəti;
- Ofis proqramlarında işləmək bacarığı.
Müraciət üçün link: https://jobs.glorri.az/vacancies/xalqbank/xalqbank-idareetme-orqanlari-ile-is-sobesinin-huquq-meslehetcisi/apply
Bu kateqoriyada digər vakansiyalar
Bu kateqoriyada təlim və seminarlar
Təlim və seminar | Şirkət | Müddət |
---|---|---|
Bankın komplayens işçisi | İnternational Consulting Company | 2025-01-15 - 2025-02-16 |
Bu şirkətin digər vakansiyaları