İnformasiya təhlükəsizliyi həlləri və insidentlərin idarə edilməsi şöbəsinin aparıcı mütəxəssisi
TuranBank Müddət: 2025-01-22 - 2025-02-23
Baxış sayı: 152 Vakansiya № 1012963
Şəhər:

Bakı


İşin təsviri:

  • Banka aid informasiyanın məxfiliyi, bütövlüyü və əlçatanlığını təmin etmək;
  • İnformasiya sistemlərini və məlumatları icazəsiz girişdən, informasiya sızmasından qoruyan nəzarət vasitələri tətbiq etmək;
  • İnformasiya sistemlərinin təhlükəsizliyi risklərinin periodik qiymətləndirilməsini təşkil etmək;
  • Baş vermiş əsas təhlükəsizlik insidentlərini araşdırmaq və qarşısının alınması üçün tədbirlər görmək;
  • Bankın məlumatlarının, sistemlərinin və şəbəkələrinin qorunması üçün təhlükəsizlik tədbirlərini planlaşdırmaq, həyata keçirmək və təkmilləşdirmək;
  • Təhlükəsizliklə əlaqədar lazımi nəzarət vasitələrini/tədbirlərini təmin etmək üçün İT komandası, kənar xidmət təminatçıları və məsləhətçilər ilə sıx əməkdaşlıq etmək;
  • Vəzifə üzrə təyin edilən nəzarətlərin və ya xəbərdarlıqların monitorinqi və idarə edilməsi;
  • Şəbəkə, sistemlər və digər rəqəmsal infrastruktura bağlı aktivlərdə gündəlik monitorinqinin aparılması təhdid doğurucu vəziyyətlərin aşkarlanması üçün yoxlamaların aparılması və (günlük, həftəlik, aylıq, rüblük, illik və s.) hesabatların hazırlanması və təqdim edilməsi;
  • İnsident baş verdikdə hesabatların tərtib və təqdim edilməsi. İnsidentlərin idarə edilməsi;
  • Fors-major hallarda işləmək.

Tələblər:

  • Müvafiq sahədə ali təhsil ;
  • Azərbaycan dilini səlis, ingilis dilini yaxşı səviyyədə bilməli (Rus dili arzuolunandır );
  • Şəbəkə və Şəbəkə Təhlükəsizliyi üzrə minimum 2-3 il iş təcrübəsi;
  • Şəbəkə avadanlıqları, protokolları, portları, kriptoqrafiya, ümumi şəbəkə təhlükəsizliyi haqqında və şəbəkə texnologiyaları üzrə dərin biliklərə sahib olmalı;
  • Şəbəkə avadanlıqlarının L2,L3,L4 tənzimləmələrinin dəqiqliklə yoxlanılması, şəbəkədə uyğunsuzluqların və təhlükəsizliyin araşdırılması
  • Active Directory, LDAP, DNS və DHCP haqqında biliklər;
  • Kiber və İnformasiya Təhlükəsizliyi müdafiə mexanizmlərı haqqında biliklər (IDS/IPS, DLP, SIEM, Endpoint Security, Privileged Access Management);
  • NGFW administrasiyası -Paloalto,Fortigate;
  • WAF administrasiyası və mövcud “Web Application”-ların təhlükəsizliyinin təhlili;
  • NAC üzrə biliklər və iş təcrübəsi;
  • ISO 27k seriyası, NIST CSF, COBIT, PCI DSS və s. kimi informasiya təhlükəsizliyi standartları və qaydaları haqqında anlayışın olması;
  • Tələb olunan Beynəlxalq Sertifikatlar (CCNA,PCNSA,Comptia Security+/Network+,CySa+)
  • Secure Email Gateway administrasiyası
  • VPN rabitələrinin qurulması və təhlükəsizliyin texiniki sahəsi üzrə müasir tələblərin icrasi.
  • Məsuliyyətlilik, operativlik, təşəbbüskarlıq, detallara diqqət yetirmək qabiliyyəti;
  • Komandada işləmək bacarığı.

 

Vakansiyaya TuranBank ASC-nin “İşə Qəbul Portalı”nda https://hr.turanbank.az/home qeydiyyatdan keçərək müraciət edə bilərsiniz.