
Bakı
İşin təsviri:
Banka aid informasiyanın məxfiliyi, bütövlüyü və əlçatanlığını təmin etmək;
İnformasiya sistemlərini və məlumatları icazəsiz girişdən, informasiya sızmasından qoruyan nəzarət vasitələri tətbiq etmək;
İnformasiya sistemlərinin təhlükəsizliyi risklərinin periodik qiymətləndirilməsini təşkil etmək;
Baş vermiş əsas təhlükəsizlik insidentlərini araşdırmaq və qarşısının alınması üçün tədbirlər görmək;
Bankın məlumatlarının, sistemlərinin və şəbəkələrinin qorunması üçün təhlükəsizlik tədbirlərini planlaşdırmaq, həyata keçirmək və təkmilləşdirmək;
Təhlükəsizliklə əlaqədar lazımi nəzarət vasitələrini/tədbirlərini təmin etmək üçün İT komandası, kənar xidmət təminatçıları və məsləhətçilər ilə sıx əməkdaşlıq etmək;
Vəzifə üzrə təyin edilən nəzarətlərin və ya xəbərdarlıqların monitorinqi və idarə edilməsi;
Şəbəkə, sistemlər və digər rəqəmsal infrastruktura bağlı aktivlərdə gündəlik monitorinqinin aparılması təhdid doğurucu vəziyyətlərin aşkarlanması üçün yoxlamaların aparılması və (günlük, həftəlik, aylıq, rüblük, illik və s.) hesabatların hazırlanması və təqdim edilməsi;
İnsident baş verdikdə hesabatların tərtib və təqdim edilməsi. İnsidentlərin idarə edilməsi;
Fors-major hallarda işləmək
Tələblər:
Müvafiq sahədə ali təhsil ;
Azərbaycan dilini səlis, ingilis dilini yaxşı səviyyədə bilməli (Rus dili arzuolunandır );
Şəbəkə və Şəbəkə Təhlükəsizliyi üzrə minimum 2-3 il iş təcrübəsi;
Şəbəkə avadanlıqları, protokolları, portları, kriptoqrafiya, ümumi şəbəkə təhlükəsizliyi haqqında və şəbəkə texnologiyaları üzrə dərin biliklərə sahib olmalı;
Şəbəkə avadanlıqlarının L2,L3,L4 tənzimləmələrinin dəqiqliklə yoxlanılması, şəbəkədə uyğunsuzluqların və təhlükəsizliyin araşdırılması
Active Directory, LDAP, DNS və DHCP haqqında biliklər;
Kiber və İnformasiya Təhlükəsizliyi müdafiə mexanizmlərı haqqında biliklər (IDS/IPS, DLP, SIEM, Endpoint Security, Privileged Access Management);
NGFW administrasiyası -Paloalto,Fortigate;
WAF administrasiyası və mövcud “Web Application”-ların təhlükəsizliyinin təhlili;
NAC üzrə biliklər və iş təcrübəsi;
ISO 27k seriyası, NIST CSF, COBIT, PCI DSS və s. kimi informasiya təhlükəsizliyi standartları və qaydaları haqqında anlayışın olması;
Tələb olunan Beynəlxalq Sertifikatlar (CCNA,PCNSA,Comptia Security+/Network+,CySa+)
Secure Email Gateway administrasiyası
VPN rabitələrinin qurulması və təhlükəsizliyin texiniki sahəsi üzrə müasir tələblərin icrasi.
Məsuliyyətlilik, operativlik, təşəbbüskarlıq, detallara diqqət yetirmək qabiliyyəti;
Komandada işləmək bacarığı.
Vakansiyaya TuranBank ASC-nin “İşə Qəbul Portalı”nda https://hr.turanbank.az/home qeydiyyatdan keçərək müraciət edə bilərsiniz.
Təlim və seminar | Şirkət | Müddət |
---|---|---|
Certified Bank Master (CBM) | İnternational Consulting Company | 2025-07-04 - 2025-09-06 |