İnsan Resursları üzrə Analitik
Avrora Müddət: 2025-03-04 - 2025-04-04
Baxış sayı: 354 Vakansiya № 1013357
Şəhər:

Bakı


İşin təsviri:
İnsan Resurslarının İnformasiya Sistemindən, rəhbərliyin və əməkdaşların sorğularından, işdən çıxarılma zamanı müsahibələrdən və digər müxtəlif mənbələrdən də daxil olmaqla, verilənlərin toplanması və onların əsasında hesabatlar hazırlanması;
Verilənlərin toplanması nəticəsində hazırlanan hesabatların nəticələrinin vizuallaşdırılması və rəhbərliyə təqdim edilməsi;
Müxtəlif növ İR metriklərdən istifadə etməklə təhlillər aparılması;
İşə qəbula, onbordinq praktikalarına, işçi bağlılığına, işçilərin performans göstəricilərinə, motivasiyaya və işçi axınına əsasən tendensiyalar və qanunauyğunluqlar istiqamətində verilənləri və statistik məlumatları təhlil edilməsi;
İnsan Resurslarının İnformasiya Sisteminin və departamentin fəaliyyətinə aid olan digər hesabatların müxtəlif mənbələrini təkmilləşdirilməsi, avtomatlaşdırılması və dövri monitorinqin aparılması;
İR Departamentin cari prosedurlarını nəzərdən keçirilməsi və təkmilləşdirilməsi, iş proseslərinin təsviri və standartlaşdırılması üçün yeni sənədlərin hazırlanması;
Şirkət səviyyəsində tətbiq olunan Performansın İdarəolunması Sisteminin təşkilini və koordinasiyasının həyata keçirilməsi;
İşin icrası zamanı şirkət tərəfindən təqdim olunan strateji məlumatların məxfiliyinin qorunmasını tam şəkildə təmin edilməsi;
İR Departamenti tərəfindən həyata keçirilən layihələrin ən qabaqcıl standartlara uyğun olmasını tətbiq və təbliğdə iştirak edilməsi.

Tələlər:
Yüksək səviyyədə Power BI və Excel bilikləri;
Korporativ informasiya sistemləri (ESD və s.) ilə tanışlıq;
Problem həll etmə bacarığı;
Analitik düşüncə;
Komanda ilə işləmək bacarığı.

Tələb olunan təhsil, iş təcrübəsi və dil bilikləri:
Təhsil: Ali;
İş təcrübəsi: Sahə üzrə min. 2 il iş təcrübəsi;
Dil bilikləri: Azərbaycan dili yüksək səviyyədə, ingilis dili arzu olunandır.

İş şərtlərimiz:
İş qrafiki : Tam iş günü (5 gün);
İş yeri : Aşıq Molla Cümə, 46C.
İş saatı: 09:00-18:00.

Sizə nə təklif edilir:
Əmək bazarında rəqabətli əməkhaqqı;
Peşəkar komanda mühiti;
Təlim və inkişaf imkanları;
Şirkət hesabına korporativ nömrə.

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “İnsan Resursları üzrə Analitik” yazaraq hr@avrora.az ünvanına göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.


Bu şirkətin digər vakansiyaları