
Bakı
İşin təsviri:
İşçilərin şəxsi işlərini hazırlayır və formalaşdırır, onlarda əmək fəaliyyəti ilə bağlı olan dəyişiklikləri qeyd edir;
Əmək qanunvericiliyinə, əsasnamə, təlimat və müəssisə rəhbərlərinin əmrlərinə müvafiq olaraq işçilərin işə qəbul edilməsi, vəzifə dəyişikliyi, ezamiyyət, məzuniyyət və işdən azad olunmalarını rəsmiləşdirir;
Əmək müqavilələrini doldurur və tərəflərin arasında imzalanmasına nəzarət edir;
İş stajının hesabını aparır, işçilərin hazırkı və keçmiş fəaliyyəti haqqında arayış verir;
İş vaxtının istifadəsi cədvəlinin hazırlayır və gündəlik qeydləri aparır;
İşçilər tərəfindən təqdim olunmuş “Əmək qabiliyyəti olmamaq vərəqəsi”ni qəbul edir, yoxlayır, insan resurslarına aid olan bölməni doldurur;
İşçilərə məzuniyyətlərin verilməsinin qeydiyyatını aparır, növbəti il üçün məzuniyyət qrafikinin tərtib olunmasında iştirak edir;
Əmrlərin, sərəncamların, eləcə də icrası nəzarət tələb edən tapşırıqların uçotunu aparır;
Əmək üzrə perspektiv və illik planların işlənib hazırlanmasında iştirak edir;
İşçilərin gündəlik davamiyyətlərinə nəzarət edir və müdirə hesabat verir.
Tələblər:
İş təcrübəsi: 2 il;
Təhsil: Ali;
Dil bilikləri: Azərbaycan dili: səlis; Rus dili:səlis, İngilis dili:üstünlükdür;
Üstünlüklər: İnsan resursları sahəsində sertifikatların olması;
Kompüter bilikləri: ERP və MS Office:əla
Xarici ölkələrə ezamiyyələrə açıq olmalı.
Şəxsi keyfiyyətlər:
Liderlik və idarə etmə bacarıqlarının olması;
Stressə davamlılıq;
Kommunikasiya bacarıqlarının mövcudluğu;
Komanda mühitində məsuliyyətli olmaq.
Əlavə məlumatlar:
Əmək haqqı: Razılaşma yolu ilə;
İş qrafiki: 5 günlük iş qrafiki, 09:00 – 18:00;
Korporativ nömrə və danışıq balansı;
AR Əmək Məcəlləsinə əsasən rəsmiləşdirmə
Maraqlanan namizədlərdən xahiş olunur ki, şəkilli CV-lərini e-mailin mövzu hissəsində “İR üzrə mütəxəssis” sözünü qeyd edərək hr@caspel.com e-ünvanına göndərsinlər.
Təlim və seminar | Şirkət | Müddət |
---|---|---|
HR mütəxəssislərinin hazırlığı | İnternational Consulting Company | 2025-01-21 - 2025-02-20 |
Vəzifə | Şirkət | Müddət |
---|---|---|
Layihə meneceri | CASPEL | 2025-01-23 - 2025-02-24 |