İnternet məlumat bölməsinin kiçik eksperti
Bank of Baku Müddət: 2025-02-01 - 2025-02-28
Baxış sayı: 302 Vakansiya № 1013076
Şəhər:

Bakı


İşin təsviri:

Bankın xidmət, məhsul və kampaniyaları barədə ətraflı məlumatlı olmalı;
Sosial şəbkələr və korporativ saytlar üzərindən yazılan müraciətləri cavablandırmalı;
Daxil olan təklif və iradları qeydə almalı və yönləndirməli;
Bankın əməliyyat proqramından istifadə və müəyyən əməliyyatları icra etməli;
Əmək müqaviləsi, Bankın Nizamnaməsi, idarəetmə orqanlarının və/və ya departamentin (filialın) əsasnaməsi, habelə fəaliyyətinə dair digər bankdaxili korporativ aktların müvafiq göstərişlərindən irəli gələn başqa funksiyaları icra etməli;
Bilavasitə rəhbəri, sahə rəhbəri və İdarə Heyətinin sədri tərəfindən verilən, Müşahidə Şurası və bankdaxili komitələrin qəbul etdiyi qərarlardan, əmək müqaviləsindən, Bankın Nizamnaməsi, idarəetmə orqanlarının və/və ya departamentin (filialın) əsasnaməsi və fəaliyyətinə dair bankdaxili korporativ aktlardan irəli gələn tapşırıq və sərəncamları qeyd-şərtsiz yerinə yetirməli;

Tələblər:

  • Orfoqrafik qaydalara uyğun sürətli yazı qabiliyyətinə malik olmalı.
  • Dil biliyi - Azərbaycan - Mükəmməl. Rus - Yüksək. İngilis - Başlanğıc
  • Kompüter biliyi -  MS Office - Orta
  • Məsuliyyət
  • Təşəbbüskarlıq
  • Yazılı özünüifadə
  • Təqdimetmə
  • Müştəri yönümlülük
  • Sosiallıq
  • Detallara diqqət

Müraciət üçün link: https://careers.bankofbaku.com/az/vacancies/656