İqtisadi təhlil və proqnozlaşdırma üzrə mütəxəssis
Panda boya
Müddət: 2025-01-22 - 2025-02-23

Baxış sayı: 182
Vakansiya № 1012975
Şəhər:
Bakı
İşin təsviri:
- Şirkətin gəlir və xərclər smetası üzrə müxtəlif proqnoz məlumatların hazırlanması.
- Maliyyə təsərrüfat fəaliyyəti haqqında hesabatın hazırlanması.
- Şirkətin fəaliyyəti ilə bağlı faktiki göstəriciləri haqqında məlumatların (gəlir və xərclər smetası, mənfəət və zərər haqqında, kapital qoyuluşları, əsas fondların təmir proqramı, təqdim ediləcək iş və xidmətlərin göstəriciləri, sosial tədbirlər proqramı, kadr hazırlığı proqramı, perspektiv inkişaf proqramı, risklər və onların büdcədə əksi, illlik iş planı büdcəsi və s.) tərtib olunması
- Proqnoz və faktiki məlumatların müqayisəli təhlilini aylıq, rüblük və illik hesabatların hazırlanması və şirkət rəhbərinə təqdim edilməsi
- Cari ilin faktiki göstəriciləri əsasında gələcək illər üzrə şirkətin fəaliyyəti ilə bağlı əsas proqnoz göstəricilərinin hazırlanması
- Ölkə daxilində və xaricdə maliyyə-iqtisadi münasibətləri təhlil etmək, qonşu dövlətlərlə iqtisadi münasibətlərin inkişafına dair tədqiqatlar aparmaq, bu sahədə mövcud çağırışları qiymətləndirmək və bununla bağlı elmi-analitik və proqnoz xarakterli təkliflər hazırlamaq
- Şirkət rəhbərliyinin və xətti rəhbərin cari tapşırıqlarını icra etmək.
Tələblər:
- Ali təhsil - İqtisadiyyat və idarəetmə, maliyyə üzrə (xarici təhsilə üstünlük verilir);
- Müvafiq sahədə minimum 2 il iş təcrübəsi;
- MS Office, İnternet və s. - yüksək səviyyədə;
- Azərbaycan və ingilis dili – yüksək səviyyədə, rus və digər xarici dil bilikləri arzuolunandır;
- Yüksək səviyyədə analitik təhlil və düşüncə qabiliyyəti, dünyagörüşü, təşkilatçılıq səriştəsi, komanda qurmaq bacarığı, problemi həll etmək və qərarvermə qabiliyyəti və ünsiyyət qabiliyyəti.
İş barədə məlumat:
- İş yeri: Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şossesi 4-cü Mədən
- Əmək haqqı: Müsahibə əsasında razılıq yolu ilə.
- İş qrafiki : Həftə içi 5 gün Saat 09:00-dən -18:00-dək (şənbə günü yarım iş günü)
Əlaqə:
Vakansiya ilə bağlı müraciət üçün CV formasını e-mail suray@muradli.com.az vasitəsilə mövzu yerinə “İqtisadi təhlil və proqnozlaşdırma üzrə mütəxəssis” yazmaqla göndərməyiniz xahiş olunur. Yalnız vakansiya tələblərinə uyğun xanım namizədlərlə əlaqə saxlanılacaqdır.
Bu kateqoriyada digər vakansiyalar
Bu şirkətin digər vakansiyaları