İR üzrə mütəxəssis
C&S Group Müddət: 2024-03-07 - 2024-04-07
Baxış sayı: 1067 Vakansiya № 1012003
Şəhər:

Bakı


Vəzifə öhdəlikləri:

  • - Əmək qanunvericililiyinə əsasən işçilərin ƏMAS sistemində işə qəbul, xitam, dəyişiklik proseslərinin icra edilməsi;
  • - Qanunvericiliyin tələblərinə əsasən icra edilmiş əməliyyatlar üzrə işə qəbul, xitam, dəyişiklik, ərizə, arayış, xasiyyətnamə və digər sənədlərinin hazırlanması;
  • - Xəstəlik vərəqlərinin qanunvericiliyin tələblərinə əsasən rəsmiləşdirilməsi;
  • - Əmək haqqı kartlarının sifariş olunması;
  • - Əmək kitabçalarının yazılması və reyestrinin aparılamsı;
  • - Kadr kitablarının yazılması və qeydiyyatının aparılması;
  • - Məzuniyyətlərin və ezamiyyələrin rəsmiləşdirilməsi;
  • - Aylıq tabellərin hazırlanıb, əlaqəli şöbəyə təhvil verilməsi;
  • - Şəxsi işlərin qaydasında olmasına və lazımı sənədlərin müntəzəm yenilənməsinə nəzarət edilməsi;
  • - Kadr kargüzarlığına dair sair sənədləşmələrin aparılmasının təmin edilməsi;
  • - İnsan Resurslarının idarə edilməsi və digər icra edilən işlər ilə əlaqədar hesabatın verilməsi;
  • - Şirkət fəaliyyəti: konsaltinq – mühasibatlıq və maliyyə, HR və hüquqi xidmətlər;

Tələblər:

  • - Ali təhsil (İnsan resursları, Biznes, İqtisadiyyat, İdarəetmə, Hüquq və digər əlaqəli sahələrdə);
  • - Yaş həddi: 25-32 yaş aralığında;
  • - Müvafiq sahə üzrə 3 ildən artıq iş təcrübəsi;
  • - Azərbaycan dilində mükəmməl danışıq və yazı qabiliyyəti, rus və ingilis dili üstünlükdür;
  • - MS Office proqramlarında sərbəst işləmə bacarığı (xüsusilə word, excel);
  • - AR Əmək Qanunvericiliyini mükəmməl bilməli;
  • - ƏMAS, E-gov, E-sosial, İSB sistemindən sərbəst istifadə bacarığı;
  • - Sənədlərlə səliqəli işləmə bacarığı (qovluqlarda sənədlərin düzgün və səliqəli yerləşdirilməsi);
  • - Komanda ilə işləmə bacarığı;
  • - Səliqəli klassik iş geyimi (dress code);

İş şəraiti:

  • - İş vaxtı: 09:00 - 18:00;
  • - İş günü 5/2 (şənbə və bazar günləri, dövlət bayramları və milli hüzn günü qeyri-iş günləridir);
  • - Əmək haqqı: 1000 AZN (Gross);
  • - Şirkət tərəfindən korporativ nömrə verilir.
  • - Ünvan: Zərifə Əliyeva küç.55, Yeni Hayat Plaza;

Əgər yuxarıda qeyd olunan tələblərə cavab verirsinizsə və bu vəzifəyə müraciət etmək istəyirsinizsə müraciət etdiyiniz vəzifənin adını məktubun mövzu hissəsində göstərməklə CV-nizi office@csgroup.az elektron ünvanına göndərməyiniz xahiş olunur. Əks təqdirdə müraciətinizə baxılmaya bilər.