İstedadların idarə edilməsi və inkişafı üzrə mütəxəssis
Araz Supermarket
Müddət: 2024-12-02 - 2025-01-02
Baxış sayı: 488
Vakansiya № 1012476
Şəhər:
Bakı
Araz Supermarketlər Şəbəkəsi " İstedadların İdarə Edilməsi və İnkişafı üzrə mütəxəssis" vakansiyası üzrə işə qəbul elan edir!
Öhdəliklər
- Karyera inkişafı proqramlarının hazırlanması və icrası
- Karyera müsahibələrinin təşkil edilməsi
- İşçilərlə fərdi inkişaf planlarının hazırlanması
- Təşkilati dəyişikliklər və tələblərə uyğun olaraq karyera imkanlarının qiymətləndirilməsi
- Struktur rəhbərləri ilə əməkdaşlıq edərək karyera inkişafı tədbirlərinin müzakirəsi
- Məlumatların toplanması və analiz edilməsi, karyera inkişafı ilə bağlı hesabatların hazırlanması
- İnkişaf imkanları barədə məlumatlılığın artırılması
- Daxili təlimçilərin inkişafına töhfələrin verilməsi
- İş fəaliyyətinə uyğun olaraq birbaşa rəhbəri tərəfindən bildirilən digər tapşırıqları vaxtında və düzgün yerinə yetirmək.
Tələblər
- Ali təhsil
- 1-3 il təcrübə
- Azərbaycan dili- əla, İngilis dili-yaxşı, rus dili- yaxşı
- Sürətli mənimsəmə qabiliyyəti
- Sərbəst və kollektiv ilə çalışma bacarığı
- Məsuliyyət
- İşgüzarlıq
- Güclü kommunikasiya
Təminatlar:
- Nahar ilə təmin edilmə;
- Əmək bazarına uyğun rəqabətli əmək haqqı;
- 5 günlük iş qrafiki;
- Servis xidməti mövcuddur;
Vakansiya ilə bağlı müraciət etmək istəyənlər " İstedadların İdarə Edilməsi və İnkişafı üzrə mütəxəssis" adını mövzu hissəsində qeyd etməklə CV formalarını Career@retail.az elektron poçt ünvanına göndərə bilərlər.
Bu kateqoriyada digər vakansiyalar
Bu şirkətin digər vakansiyaları