İstehlakçılarla iş üzrə mütəxəssis
AFB Bank Müddət: 2025-02-26 - 2025-03-26
Baxış sayı: 251 Vakansiya № 1013302
Şəhər:

Bakı


İşin təsviri:

  • Maliyyə xidmətləri istehlakçılarından daxil olan müraciətlərin (şikayət, ərizə və təklif) qəbulu, reyestrdə qeydiyyatı, təsnifləşdirilməsi, baxılması və cavablandırılmasını həyata keçirir;
  • Qeydə alınmış müraciətləri təhlil edir və müraciətlərin səbəblərini araşdırır;
  • Əlavə məlumatlar alınması zərurəti olduqda istehlakşçı ilə telefon və (və ya) biləvasitə şəxsən görüş keçirir, yaxud səlahiyyətinə aid olmayan məsələlər olduqda Bankın digər əməkdaşı ilə bu cür görüşü təşkil edir;
  • Şikayət xarakterli müraciətlər üzrə məsələnin qarşılıqlı razılaşma yolu ilə həll edilməsinə və Bankın işgüzar nüfuzunun qorunmasına səy göstərir;
  • Qeydə alınmış müraciətlərin qısa icmalını hazırlayır;
  • Şikayət xarakterli müraciətin səbəb olduğu nöqsan və çatışmazlıqların aradan qaldırılması barədə təkliflər verir;
  • İstehlakçıların müraciətlərinə baxılması üzrə hüquqi aktlarda nəzərdə tutulmuş digər vəzifələri icra edir;
  • Fəaliyyət ilə bağlı hesabatlar hazırlayır;
  • Fəaliyyət ilə bağlı proseslərin optimallaşdırılması üçün təkliflər verir;
  • Struktur bölməyə təhkim edilmiş əmlakın qorunmasına nəzarət edir;
  • İdarəetmə orqanlarının iclaslarında məruzəçi kimi çıxış edir;
  • Azərbaycan Respublikası Mərkəzi Bankı və digər dövlət qurumlarından daxil olan istehlakçı müraciətlərini cavablandırır;
  • Daxili qaydalarda nəzərdə tutulmuş digər vəzifələri icra edir;
  • Struktur rəhbərinin digər tapşırıqlarını icra edir.

    Tələblər: 

     
  • Ali təhsil (İqtisadiyyat, Maliyyə, Biznesin idarə edilməsi və ya Hüquq üzrə);
  • Bank sektorunda müvafiq sahə üzrə 1 il iş təcrübəsi;
  • Azərbaycan dili - mükəmməl, ingilis və rus dili - yaxşı səviyyədə bilmək;
  • MS Office proqramları üzrə (xüsusilə, MS Excel) yüksək səviyyəli praktiki bacarıqlar;
  • İstehlakçıların hüquqlarının müdafiəsinə  və müraciətlərə baxılmasına dair normativ aktlar üzrə biliklər;
  • Problemlərin həlli və analitik təhlil qabiliyyəti;
  • Komanda da işləmə bacarığı.

 Uyğun namizədlərdən CV-lərini mövzu sətrində İstehlakçılarla iş üzrə mütəxəssis qeydi edərək cv@afb.az elektron ünvanına göndərməyini xahiş edirik.