IT Menecer
Holiday Inn Baku
Müddət: 2025-06-17 - 2025-07-17

Baxış sayı: 147
Vakansiya № 1014113
Şəhər:
Bakı
İşin təsviri:
- Bütün kompüter avadanlığı təminatının istismarına rəhbərlik və nəzarət edilməsi, bütün sistemlərin işləməsinin və düzgün quraşdırılmasının təmin edilməsi, və kompüter avadanlığı təminatına xidmət göstərilməsi üzrə başlıca əlaqə rolunu oynamaq
- Bütün sistemlərin lazımi texniki xidmət müqavilələri ilə təchiz edilməsinin təmin edilməsi və tələbə əsasən, profilaktik təmirin yerinə yetirilməsinin təmin edilməsi
- Mehmanxananın və biznes mərkəzinin səmərəliliyinin təkmilləşdirilməsinə xidmət edə biləcək sistemlərdən və texnologiyadan davamlı olaraq xəbərdar olmaq və təkliflərdə bulunmaq
- Kompüter avadanlığı təminatı sistemləri və cihazları, o cümlədən Personal Kompüter Yerli Şəbəkə texnologiyası.
- Proqram təminatı əməliyyat və xidmətçi proqram sistemləri.
- Front-ofis Əmlak İdarəetmə Sistemləri və digər sistemlərin əlaqələndirilməsi.
- Daxili və Xarici Elektron Poçt / Faks / Skanner proqram və kommunkasiya servis proqramları.
- Alqı-satqı aparılan yerdə ödənişlərin aparılması üçün terminallar sistemi.(Micros)Telefon zənglərinin qeydə alınması.Hab (şəbəkə özəyi)/ Sviç (kommutator) İdarəetmə Sistemləri.Elektron Qapı Kilidləmə Kompüter Sistemi.
- Kompüterlərin virusdan qorunması.
- Mehmanxana və Plazanın İT Təhlükəsizliyi və Şəbəkələrarası Müdafiə Sisteminə nəzarət
- Direktor/Maliyyə və Biznesə Yardım üzrə Müdirə cari işlər haqqında aylıq yazılı hesabatın təqdim edilməsi, nüsxələri şöbə rəhbərlərinə
- Bütün kompüter avadanlığı siyahısının yeniləşdirilməsi
- Maksimal iş səmərəliliyinin təmin edilməsi üçün, kompüter sistem(lər)ində konfiqurasiya hesabatlarının, tapşırıq idarəetmə dillərinin, proqram fayllarının və data fayllarının idarə olunmasıfunksiyaların, alqı-satqı aparılan yerdə ödənişlərin edilməsi üçün terminallar sisteminin, və telefon zənglərinin qeydə alınması sisteminin başa düşülməsi, o cümlədən, amma bununla məhdudlaşmayan sistem təhlükəsizliyi, sistem hesabatları, administrator funksiyaları, sistem servis proqramları və istifadəçi funksiyaları
- Komputer sistem(lər)i işləməyəndə, müvafiq qəza hallarında riayət ediləcək bərpa etmə proseduralarının sınaqdan keçirilməsi və tanışlıq üçün təqdim edilməsi
- Texniki tələblərə əsasən, bütün kompüter informasiyalarının yaddaşa yazılmasının və ehtiyat nüsxəsinin çıxarılmasının başa çatdırılmasının, sənədləşdirilməsinin və ehtiyatda saxlanılmasının təmin edilməsi
- Güzəştsiz məlumatların və fiziki müdafiə standartlarının qorunub saxlanması
- Kompüter otağının açarına/kilidinə nəzarət etmək və İHG-nin təhlükəsizlik sistemində göstərildiyi kimi, kompüter otağının yanğından mühafizə, temperatura nəzarət və bəslənmə üzrə tələblərinin İHG-nin texniki təhlükəsizlik tələbinə uyğun gəlməsinin təmin edilməsi
- Bütün istifadəçi adlarının, şifrələrinin və ən həssas sistem servis proqramlarının idarə edilməsi, bütün yüksək həssaslı resursların və mühüm kitabxanaların qorunması
- Maliyyə və direktoru rəhbərliyi ilə, bütün arxa ofis istifadəçi adlarının, şifrələrinin, təhlükəsizlik parametrlərinin və ən həssas servis proqramlarının idarə edilməsi
- Texniki sənədlərin və istifadəçi sənədlərinin, sistem hesabatlarının, informasiya bülletenlərinin və elanların səliqəli, intizamlı və təhlükəsiz qaydada qorunub saxlanılması
- Fəaliyyət haqqında hesabatların, proqram pozulması haqqında hesabatların və təkmilləşdirilmiş proqramlar siyahısının başa çatdırılması və paylanması
- Dövri nəşriyyata abunə olaraq və İHG-nin, kompüter şirkətlərinin və satıcılarının keçirdiyi seminarlarda, simpoziumlarda və yaxud konfranslarda iştirak edərək, mehmanxana kompüter sahəsində ən son, yeniləşdirilmiş dəyişikliklər, təkmilləşdirmə və inkişafdan xəbərdar olmaq
- Sistemə yeni funksiyalar və dəyişikliklər şöbələrə təsir göstərəndə şöbə rəhbərlərinə məlumat verilməsi
- Kompüter ilə əlaqəli cari məsələlər, yeni versiyalar, İİS tendensiyaları, viruslar və s. haqqında şöbə rəhbərlərinə məlumat verilməsi.
- Xüsusi mehmanxana və biznes mərkəz tələbatlarının ödənilməsi üçün tətbiqi proqramların və yaxud təkmilləşdirilmiş proqramların satın alınmasının əlaqələndirilməsi, bu tətbiqi proqramlar korporativ ofisin təyin etdiyi mövcud standartlara daxil olmadığı halda.
Tələblər:
- İnformasiya texnologiyaları sahəsi üzrə ən azı 5-7 illər iş təcrübəsi
- Çeviklik
- Gərgin iş rejimində işləmə bacarığı
- Dil bilikləri: Azərbaycan, rus və ingilis dilləri
- Komandada işləmək bacarığı, məsuliyyət, təşkilatçılıq, sərbəstlik və özünü inkişaf etdirməyə meylli.
Qeyd olunan tələblərə cavab verən namizədlər öz ərizə formalarını (CV) “IT Menecer” mövzusu altında cv@hi-baku.com elekton ünvanına göndərə bilərlər.
Bu kateqoriyada digər vakansiyalar
Vəzifə | Şirkət | Müddət |
---|---|---|
Data mühəndisi | Veysəloğlu Şirkətlər Qrupu | 2025-07-11 - 2025-08-11 |