İT mütəxəssisi
GL ASC Müddət: 2024-12-12 - 2025-01-17
Baxış sayı: 252 Vakansiya № 1012580
Şəhər:

Bakı


İşin təsviri:

  • İnformasiya təhlükəsizliyinin idarə olunması ilə bağlı daxili qaydaların, prosedurların, proseslərin və digər normativ sənədlərin hazırlanması və dəstəklənməsi.
  • İnformasiya təhlükəsizliyi ilə əlaqədar risklərin aşkar edilməsinə, qiymətləndirilməsinə və risklərin reyestrə daxil edilməsinə dəstək vermək.
  • Fiziki və məntiqi buraxılışların idarə edilməsi prosesinə dair araşdırmalar aparmaq, yeni təkliflər vermək və mövcud prosesləri təkmilləşdirmək.
  • İnformasiya təhlükəsizliyi sahəsində təhlükəsizlik tələblərinin müəyyənləşdirilməsində iştirak etmək.
  • İnformasiya təhlükəsizliyinə dair nəzarət mexanizmlərinin tətbiqinə dəstək göstərmək.
  • İnformasiya təhlükəsizliyi ilə bağlı maarifləndirmə və təlim proqramlarının hazırlanmasında iştirak etmək.
  • Təlimlərin təşkili və həyata keçirilməsində dəstək göstərmək.
  • Birbaşa rəhbərlik tərəfindən verilən yazılı və şifahi tapşırıqları yerinə yetirmək.

Tələblər:

  • Kibertəhlükəsizlik üzrə ümumi anlayış;
  • Əməliyyat sistemləri, Microsoft AD, şəbəkələr, mühafizə sistemləri, bulud təhlükəsizliyi, məxfilik, virtuallaşdırma və təhlükəsizliyə nəzarət vasitələri barədə anlayışın olması arzuolunandır;
  • İnformasiya təhlükəsizliyi üzrə siyasət və prosedurların yazılma üslubu ilə tanışlıq;
  • ISO 2700(x) seriyası, NIST CSF və digər informasiya təhlükəsizliyi standartları haqqında məlumatlı olmaq;
  • MS Office proqramlarından yaxşı səviyyədə istifadə bacarığı;
  • Müvafiq sahə üzrə ən azı 6 ay iş təcrübəsi;
  • Dil bilikləri: Azərbaycan; rus və ya ingilis dilləri şifahi və yazılı kommunikasiya arzuolunandır;
  • ISO 27001 Foundation və CompTIA Security+ sertifikatlarının olması arzuolunandır.
  • Komanda ilə işləmə bacarığı;
  • Məsuliyyətli, operativ, təşəbbüskar və diqqətcil olmaq;
  • Araşdırma bacarıqları;
  • Təhlil etmə və problemləri effektiv həll etmə bacarıqları;
  • Davamlı öyrənmə və özünü inkişaf etmə bacarığı.

Göstərilən tələblərə cavab verən şəxslərin CV-lərini “İnformasiya Təhlükəsizliyi İdarəedilməsi şöbəsinin kiçik mütəxəssisi” başlığı ilə  vakansiya@glasc.az elektron ünvanına göndərməkləri xahiş olunur.

Qeyd edək ki yalnız tələblərə uyğun olan namizədlərlə əlaqə saxlanılacaq. Bundan bütün əlavə, göndərilən CV-lər məxfi məlumat bazasına daxil edilir.


Bu şirkətin digər vakansiyaları