
Bakı
İşin təsviri:
Bankın müvafiq məlumat bazasından əldə etdiyi hesabatlar əsasında təhlil və araşdırmaların aparılmasında iştirak edir;
Bankın informasiya sistemi və ya texnologiyaları üzrə rislərinin müəyyənləşdirilməsi, qiymətləndirilməsi üzrə metodların və modellərin seçilməsi tətbiqində iştirak etmək;
İT risk insidentləri üzrə səbəb təhlillərinin aparılması və uyğun nəzarət mexanizmlərinin müəyyənləşdirilməsində iştirak etmək;
İT riskləri üzrə risk xəritəsinə əlavələrin edilməsi, biznes proseslərin təhlili, risk faktorlarının aşkar edilməsi və qiymətləndirilməsi prosesində iştirak etmək;
Biznes proseslərinin İT risklərə məruz qalma dərəcəsinin müəyyən edilməsi, ölçülməsi və monitorinqinin həyata keçirilməsində iştirak etmək;
İT üzrə əsas risk indikatorlarının müəyyənləşdirilməsi və tətbiqində iştirak etmək;
Daxili insidentlər, əməliyyat riskləri, sistemdə dayanmalar haqqında struktur bölmələrdən məlumatların əldə olunması və səbəblərin araşdırılmasında iştirak etmək;
İT risk və insidentlərin idarə edilməsi sisteminin təşkilində iştirak etmək;
İT riskləri üzrə stress testlərin keçirilməsi və ssenari analizlərinin aparılmasında iştirak etmək;
Tələblər:
- Təhsil- Ali
- İş təcrübəsi- 1il (sahə üzrə)
- Dil biliyi- Azərbaycan dili- yüksək, İnglis dili- orta;
- Excel –yüksək;
- SQL- yüksək
Biz sizə nə təklif edirik?
Karyera inkişafı üçün əlverişli mühit;
Fəaliyyət sahəsi üzrə təlimlərdə iştirak imkanı;
Komanda quruculuq tədbirlərində iştirak imkanı;
İdman zallarında endirim imkanları;
Mobil operatorun korporativ tariflərinə qoşulmaq imkanı;
Bölgələrdə yerləşən müxtəlif yüksək səviyyəli otellərdə endirimlər;
Könüllü tibbi sığorta;
Həyatın yığım sığortasına qoşulmaq imkanı.
Aşağıda qeyd olunan linkə daxil olaraq qeydiyyatdan keçib, müraciət edə bilərsiniz.
https://careers.bankofbaku.com/az/vacancies/503