Kargüzar
Avant Group Müddət: 2024-09-12 - 2024-10-12
Baxış sayı: 1580 Vakansiya № 1012377
Şəhər:

Bakı


Vəzifə funksiyaları:

  • - Müəssisədə sənədlərin düzgün idarə edilməsinin təşkil edərək daxil olan sənədləri qəbul etmək, qeydə almaq və aidiyyatı üzrə bölüşdürmək;
  • - Sənədlərin uyğunluğunun yoxlanılması, sənədləri elektron qovluqlarda (serverdə) düzgün şəkildə yerləşdirilməsi və qovluqların vahid struktur-sistem formasında təşkilinə nəzarət edilməsi.
  • - Elektron sənəd dövriyyəsi sisteminin effektiv istifadəsini təşkil etmək
  • - Sifarişçi ilə Podratçı şirkət arasında sistemli olaraq sənəd mübadiləsinin yerinə yetirilməsi və nəzarət olunması;
  • - Sifarişçi ilə mütəmadi ünsiyyət təşkil edərək Sənədlərin Sifarişçinin keyfiyyət və prosedur tələblərinə uyğun olaraq hazırlanmasını razılaşdırmaq və təmin etmək;
  • - Bütün sənəd və məlumatların qeydiyyat sisteminə daxil edilməsi, onların dəqiq və mövcud tarixə uyğun şəkildə sıralanmasının təmin edilməsi, dövriyyədə olan sənədlər barədə məlumatların müvafiq qaydada ötürülməsi və qəbul edilməsi;
  • - Sifarişçi və subpodratçılar daxil olmaqla bütün müvafiq tərəflərdən sənəd axınının qeydiyyatını və nəzarətinin təşkili;
  • - Sənəd dövriyyəsinin uçot-nəzarət işini təşkil etməklə sənədlərin dövriyyəsinə və icra müddətinə nəzarət etmək, gecikmə halları barədə rəhbərliyi məlumatlandırmaq;
  • - Sənədlərin təhlükəsizliyinin təmin olunması üçün ehtiyat nüsxələrinin saxlanması və arxivləşdirmə;
  • - Müəssisədə tətbiq olunan proqram təminatında sənəd dövriyyəsindən və məlumatların qeydiyyatından irəli gələn işlərin, sənədlərin, məlumatların proqrama daxil edilməsi, izlənilməsi.

Vəzifəyə olan tələblər: 

  • - Təhsil: Ali təhsil
  • - İş təcrübəsi: müvafiq sahə üzrə 2 ildən az olmayaraq
  • - Kompüter bilikləri: Microsoft Office proqramları
  • - Dil bilikləri: Azərbaycan dili və Rus dili-səlis ( İngilis dili arzuolunan)
  • - Korporativ yazışma və işgüzar danışıqların aparılması bacarıqları

İş şəraiti:

  • - İş qrafiki: 5/2, 09:30-18:30
  • - Nahar şirkət tərəfindən təmin olunur
  • - İş yeri-Çıraq Plaza
  • - Əmək haqqı: 1000 -1300 AZN net

Maraqlanan namizədlər CV formalarını  mövzu yerinə “ Kargüzar” yazaraq vusala.racabova@avantgroup.az mail ünvanına göndərə bilərlər.


Bu şirkətin digər vakansiyaları