Kassir
By Telecom LLC
Müddət: 2025-04-30 - 2025-05-30

Baxış sayı: 173
Vakansiya № 1013797
Şəhər:
Bakı
İşin təsviri:
- Müştərilər tərəfindən ödənilən pul vəsaitlərini və ödənişləri qəbul etmək;
- Ödənilən vəsaitləri yoxlamaq və tələb olunan qaydada əməliyyatı həyata keçirmək;
- Gündəlik satış məbləğini və ödənişləri əks etdirən sənədləri tərtib etmək;
- Nağd pul vəsaitlərinin təhlükəsiz şəraitdə saxlanmasını və işəgötürənin səlahiyyətli nümayəndəsinə təhvil verilməsini təmin etmək;
- Müştərilərin suallarını dinləmək, səlahiyyəti çərçivəsində cavablandırmaq və ya aidiyyatı üzrə yönləndirmək.
Tələblər:
- Ali təhsil;
- Xəzinədar vəzifəsində minimum 3 illik iş təcrübəsi;
- Azərbaycan dilini əla səviyyədə bilmək (rus və ingilis dillərindən birini bilməsi arzu olunandır);
- Nağd pul ödənişləri aparmaq üçün riyazi biliklərə malik olmaq;
- Analitik düşünmək;
- Müxtəlif növ kassa aparatları və onların iş mexanizmləri haqqında məlumatlı olmaq;
- Yüksək dəqiqlik və məsuliyyət;
İş şəraiti:
- Əmək haqqı: 500-600 AZN
- İş qrafiki: 6 günlük iş rejimi
Tələblərə uyğun şəxslər mövzu hissəsində “Xəzinədar” qeyd etməklə, CV-lərini hr@bytelecom.com elektron poçt ünvana göndərə bilər.
Bu şirkətin digər vakansiyaları
Vəzifə | Şirkət | Müddət |
---|---|---|
Kredit mütəxəssisi | By Telecom LLC | 2025-05-14 - 2025-06-14 |