Kassir-əməliyyatçı
Expressbank Müddət: 2025-01-07 - 2025-02-11
Baxış sayı: 385 Vakansiya № 1012807
Şəhər:

Bakı


İşin təsviri:

  • Nağd pul və digər qiymətlilərin mədaxil və məxaric edilməsi üzrə əməliyyatları həyata keçirmək;
  • Kassa sənədlərinin Mərkəzi Bankın qaydalarına uyğun olaraq tərtib və təmin edilməsi;
  • Qaydalara uyğun valyuta mübadiləsi əməliyyatlarını həyata keçirmək;
  • Mərkəzi Bankdan ,filiallardan və ödəniş terminallarından inkassasiya olunan nağd vasitələri qəbul etmək;
  • Dövriyyəyə yararsız pul əskinaslarının qəbul edilməsi və dəyişdirilməsini həyata keçirmək;
  • Təcili pul köçürmə əməliyyatlarını həyata keçirmək;
  • Rəhbər tərəfindən verilən digər tapşırıqları yerinə yetirmək.

Tələblər:

  • Ali iqtisadi təhsil;
  • Azərbaycan dilini səlis bilməli, rus dilini bilməsi arzu olunandır;
  • Müvafiq sahə üzrə iş təcrübəsi minimum 6 ay;
  • Ünsiyyətcil, təşəbbüskar;
  • Komandada işləmək bacarığı;
  • Analitik zəka, müştərilərlə işləmək qabiliyyəti;
  • Riyazi hesablama aparmaq qabiliyyəti;
  • İşdə dəqiqlik və detallara fikir vermə qabiliyyəti.

    Müraciət üçün link: https://jobs.glorri.az/vacancies/expressbank/expressbank-kassir-emeliyyatci-baki-filiali-8946/apply