
Bakı
İşin təsviri:
- Şirkətin keyfiyyət standartlarının müəyyən edilməsi və tətbiqinə nəzarət etmək.
- İstehsal və xidmət proseslərinin keyfiyyət standartlarına uyğunluğunu təmin etmək.
- Daxili və xarici auditləri təşkil etmək və nəticələri təhlil etmək.
- ISO və digər beynəlxalq standartların tətbiqinə nəzarət etmək.
- Keyfiyyət göstəriciləri üzrə analitik hesabatlar hazırlamaq və rəhbərliyə təqdim etmək.
- Keyfiyyətə nəzarət şöbəsinin işini idarə etmək, komanda üzvlərinə təlimlər keçmək.
- Məhsul və ya xidmətlə bağlı müştəri şikayətlərini araşdırmaq və həll yolları təqdim etmək.
- Risklərin idarə edilməsi və problemlərin həlli proseslərini təşkil etmək.
- Keyfiyyətsiz məhsulların və ya xidmətlərin göstərilməsinin qarşısını almaq üçün tədbirlər planı və işlərin keyfiyyətinin yüksəldilməsi üçün təkliflər hazırlamaq.
- Zavodun bütün ərazisində sanitariya və gigiyena normalarına əməl edilməsinə nəzarət.
Tələblər:
- Ali təhsil (Qida mühəndisliyi, Biotexnologiya və ya müvafiq sahə üzrə);
- Qida sektorunda keyfiyyətə nəzarət sahəsində ən azı 5 il iş təcrübəsi;
- HACCP, ISO 22000 kimi beynəlxalq standartlar üzrə biliklər və təcrübə;
- Qida məhsullarının kimyəvi və mikrobioloji analizi üzrə biliklər;
- Detallara diqqət, analitik düşüncə və problem həll etmə bacarığı;
- Azərbaycan dilində mükəmməl danışıq və yazı qabiliyyəti (rus və ingilis dilləri üstünlükdür);
- MS Office proqramlarında sərbəst işləmək bacarığı.
İş şərtləri:
İş yeri: Binəqədi yolu 100
İş qrafiki: Həftəiçi 6 gün
Əmək haqqı:
Başlanğıc aylıq məvacib 1500 manat təşkil edir (Müsahibə əsasında namizədin bilik və bacarıqlarına uyğun olaraq təyin olunacaq)
AR Qanunvericiliyinə əsasən rəsmi qeydiyyat
Müraciət üçün:
Göstərilən tələblərə uyğun namizədlərdən CV-lərini mövzu (subject) hissəsinə “Keyfiyyətə nəzarət üzrə Direktor” yazaraq shahla.najafova@xirman.az epoçt ünvanına ya da (055) 293-13-39 whatsapp nömrəsinə göndərmələri xahiş olunur.