Kiçik əməliyyatçı-kassir / Bərdə filialı
Kapital Bank
Müddət: 2024-12-16 - 2025-12-17

Baxış sayı: 216
Vakansiya № 1012610
Şəhər:
Bakı
İşin təsviri:
- Mərkəzi Bankın və Kapital Bankın daxili prosedurlarına əsasən bank məhsullarının satışı;
- Dövlət rüsumlarının və kommunal ödənişlərin qəbulu;
- Ödəniş kartları üzrə əməliyyatların aparılması;
- Müştərilərin hesabları üzrə mədaxil və məxaric əməliyyatlarını həyata keçirmək;
- Əməliyyat gününün sonunda xəzinədəki nağd pul vəsaitlərinin və digər dəyərlilərin filial müdiri və baş mühasibin iştirakı ilə sayılıb balans məlumatları ilə tutuşdurmaq;
- Gün ərzində hazırlanmış sənədləri müvafiq qaydada arxivləşdirmək və s.
Tələblər:
- Azərbaycan dilini mükəmməl bilirsiniz. İngilis və rus dillərində də sərbəst danışa bilirsizsə bu sizin üstünlüyünüzdür
- Ali təhsillisiniz, riyazi hesablama və analitik mühakimə etmək qabiliyyətiniz güclüdür
- Maliyyə təhsili və ya bank təcrübəsinin olması mütləq deyil, əla ünsiyyət bacarıqlarınızın olması və müştərilərimizə məhsullarımız haqqında ətraflı məlumat verərək müraciətlərini təlimata uyğun cavablandırmağınız mütləqdir
- Məsuliyyət, işdə dəqiqlik, düzgünlük və detallara fikir vermək qabiliyyətiniz güclüdür.
Müraciət üçün link: https://hr.kapitalbank.az/vacancy/3805
Bu kateqoriyada digər vakansiyalar
Bu şirkətin digər vakansiyaları