Kiçik hüquqşünas
AzinterserviceCo
Müddət: 2025-01-21 - 2025-02-22

Baxış sayı: 139
Vakansiya № 1012954
Şəhər:
Bakı
İşin təsviri:
- Şirkətin qanunauyğun fəaliyyətini təmin etmək üçün hüquqi sənədlərin hazırlanması;
- Şirkətin hüquqlarını müxtəlif müəssisə və təşkilatlarda, o cümlədən dövlət orqanlarında müdafiə etmək;
- Hüquqi sənədlərin hazırlanması və qanunvericiliyə uyğunluğunun yoxlanması;
- Standart müqavilə formalarını hazırlamaq.
- Hüquqi sənədlərin qeydiyyat sistemini yaratmaq və hüquqi sənədlərin və aktların təhlükəsiz saxlanmasını təmin etmək;
- Bütün struktur bölmələrə hüquqi yardım etmək, onlardan daxil olmuş sorğulara rəy və izahatlar vermək;
- Təşkilat daxilində qanunvericiliyin və korporativ aktların göstərişlərinə düzgün tətbiq edilməsi;
- Dövlət orqanları və ictimai təşkilatlarla yazışmalar aparmaq;
- Məhkəmə üçün lazımi sənədlərin toplanması və sistemləşdirilməsi.
- Hüquqi proseslərin idarə edilməsində istifadə edilən daxili sistemlərdə işləmək.
Tələblər:
- Azərbaycan qanunları və qaydaları, xüsusən də maliyyə və korporativ sektorlar üzrə biliklər.
- Güclü yazılı və şifahi ünsiyyət bacarıqları
- Hüquqi sənədlərdə və proseslərdə dəqiqliyi təmin edilməsi.
Təhsil və Təcrübə:
- Hüquq üzrə bakalavr dərəcəsi; Magistr dərəcəsi üstünlükdür
- MS Office bilikləri (Word, Excel, Outlook,);
- Azərbaycan dili mükəmməl, Rus və İnglis dili yaxşı səviyyədə;
- Müvafiq sahədə minimum 1-3 il iş təcrübəsi;
- İşinə qarşı məsuliyyətli olma, peşəkar yanaşma;
- Komandada işləmə bacarığı
- Yaş həddi; 24-30
- Əmək haqqı:600 – 800 Azn
- İş Yeri: AzinterserviceCo firması
- Ünvan:Babek Plaza 14-cü mərtəbə
Müraciət üçün e-mail ünvanı: a.kamilova@azinterservice.az
Bu şirkətin digər vakansiyaları
Vəzifə | Şirkət | Müddət |
---|---|---|
Satış supervayzeri | AzinterserviceCo | 2025-01-27 - 2025-02-28 |