Kiçik və orta biznes kreditlərinin təhlili şöbəsinin mütəxəssisi
AzərTürkBank Müddət: 2024-03-27 - 2024-04-27
Baxış sayı: 361 Vakansiya № 1012047
Şəhər:

Bakı


Anderraytinq Mərkəzinin Kiçik və Orta Biznes Kreditlərinin Təhlili şöbəsində mütəxəssis, aparıcı mütəxəssis və baş mütəxəssis

İşin təsviri

  • Bankın strateji hədəflərinə riayət olunmaqla KOB seqmenti sifarişlərinin anderraytinqini həyata keçirmək;
  • Təqdim edilən rəydə sifarişçilərin biznesindəki riskli məqamları göstərməklə sifariş üzrə risklərin adekvat formada azaldılması üçün təkliflər vermək;
  • Anderraytinqin nəticələriylə bağlı yekun rəy təqdim etmək;
  • KOB seqmentinə aid məhsulların anderraytinqi üçün müvafiq təqdimat, rəy formalarına əlavələrin hazırlanmasında iştirak etmək;

Tələblər

  • Ali təhsil (Maliyyə, İqtisadiyyat üzrə);
  • Azərbaycan Respublikasının “Banklar haqqında” qanunu, həmçinin Mərkəzi Bankın normativ xarakterli aktlarına bələd olmaq;
  • Səlis Azərbaycan dili biliyi (rus və ingilis dil biliyi arzuolunandır);
  • Analitik düşüncə, komandada işləmək, vaxtın idarə edilməsi və yüksək səviyyədə ünsiyyət bacarığı;
  • MS Office proqramlarından (xüsusilə, MS Excel) sərbəst istifadə bacarığı; Maliyyə sahəsində müvafiq sertifikatlarının olması arzuolunandır;
  • KOB seqmenti üzrə kreditləşmə, KOB sahəsi üzrə vəzifəyə müvafiq olaraq minimum 3 illik təhlil və ya anderraytinq üzrə iş təcrübəsi.

Müraciət üçün link:  https://qlor.me/lu9k1gzgx6


Bu kateqoriyada təlim və seminarlar