Kiçik və orta biznesin satışı üzrə mütəxəssis
Atəşgah Sığorta Müddət: 2025-04-18 - 2025-05-18
Baxış sayı: 205 Vakansiya № 1013700
Şəhər:

Bakı


İşin təsviri:

  • Potensial korporativ müştərilərin axtarışını həyata keçirmək və onlarla görüşlər keçirmək;
  • Müştərilərin tələblərini nəzərə alaraq, uyğun sığorta məhsulunu təklif etmək;
  • Sığorta qaydaları haqqında müştərinin dəqiq məlumat almasında ona köməklik göstərmək; Sığorta məhsullarının satışı üzrə müəyyən olunan planı yerinə yetirmək;
  • Yeni və mövcud müştərilər üzrə məlumat bazasını aparmaq;
  • İşlədiyi şöbənin fəaliyyəti ilə bağlı bilavasitə öz rəhbərinin xidməti tapşırıqlarını yerinə yetirmək.

Tələblər:

Təhsil:Bakalavr
İş təcrübəsi: Müştəri xidmətləri, satış sahəsində (həmçinin sığorta və ya bank sahəsində) olanlara üstünlük verilir
Dil bilikləri: Azərbaycan (əla), Rus (əla), İngilis dili (arzuolunandır)

Şəxsi keyfiyyətlər:

  • Müxtəlif düşüncə və dünya görüşünə malik olan insanlarla ünsiyyət qurmaq bacarığı;
  • Fikrini dəqiq, lokanik və özünə əminliklə təqdim etmə bacarığı;
  • Ünsiyyət tərzi ilə insanları cəlb etmə və inandırmaq bacarığı;
  • Yeni bilik və bacarıqları özündə inkişaf etdirmək həvəsi;
  • Komandanın bir üzvü olmaq üçün, yeni iş mühitinə və kollektivə tez uyğunlaşmaq bacarığı.

İş şərtləri:

  • İş günü 5/2 (şənbə və bazar günləri, dövlət bayramları və milli hüzn günü qeyri-iş günləridir)
  • İş vaxtı: I-IV günlər 09:00 - 18:00, V gün 09:00 - 17:00
  • Şirkət tərəfindən korporativ nömrə və telefon verilir
  • Şirkət tərəfindən görüşlər üçün sürücü və avtomobil təqdim olunur
  • Əmək haqqı: Namizədin bilik və bacarıqlarına əsasən təyin olunacaq
  • Bonus və rüblük motivasiya

    Müraciət üçün link: https://jobs.glorri.az/vacancies/ateshgah/ateshgah-kicik-ve-orta-biznesin-satisi-uzre-mutexessis-7140/apply