Sumqayıt
Tələblər:
Ali təhsil (maliyyə, iqtisadiyyat, bankçılıq və s. əlaqəli ixtisaslar);
Vəzifəyə uyğun olaraq müvafiq sahədə iş təcrübəsi;
Səlis Azərbaycan dili biliyi, xarici dil biliyi arzuolunandır;
MS Office proqramlarından istifadə etmək bacarığı;
Analitik düşünmə qabiliyyəti;
Müştərilərlə yüksək ünsiyyət qurmaq bacarığı;
Təhlil və qərar vermə bacarıqları;
Qeyri-standart vəziyyətlərdə stresə davamlılıq qabiliyyəti;
Müxtəlif satış kanalları ilə işləmə bacarıqları;
Öyrənmə və öyrətmə bacarıqları;
Komanda formalaşdırmaq bacarıqları;
Komanda şəklində işləmək bacarıqları;
Liderlik bacarıqları;
Motivasiya və komanda ruhunu formalaşdırmaq bacarıqları;
Sumqayıt şəhəri üzrə iş fəaliyyəti göstərmə imkanı.
İşin təsviri:
Banka Sumqayıt regionu üzrə KOB seqmentinə aid yeni müştərilərin cəlb edilməsi işinin təşkil edilməsi, müxtəlif növ biznes nümayəndələri ilə görüşlər keçirilməsi;
Kiçik və Orta Biznes kreditləri üzrə müəyyən edilmiş aylıq satış planlarının icrasının təmin edilməsi məqsədi ilə tabeçiliyində olan satış üzrə əməkdaşlara istiqamət verilməsi;
Bankın yeni məhsul və xidmətləri barədə Sumqayıt regionu üzrə Kiçik və Orta Biznes seqmentinə aid müştəriləri tabeçiliyində olan satış üzrə əməkdaşlar vasitəsi ilə məlumatlandırılmasının təşkil edilməsi;
Bank üzrə məhsul və xidmətlərin satışı üzrə hədəflərə nail olmaq məqsədilə əlaqədar struktur bölmələrlə birlikdə müvafiq tədbirlər planının hazırlanmasında iştirak edilməsi;
KOB seqmentinə aid müştərilərin təhlil edilməsi üçün əməkdaşların hazırlanmasında iştirak edilməsi;
Müraciət üçün link: https://qlor.me/m46jn5ue9u