Kommersiya bankçılığı üzrə kredit risk anderrayteri
Paşa Bank
Müddət: 2025-04-11 - 2025-05-11

Baxış sayı: 155
Vakansiya № 1013638
Şəhər:
Bakı
İşin təsviri:
- Bankın təsdiq edilmiş kredit siyasəti və müvafiq proseduraları ilə bağlı zəruri biliklərə yiyələnmək;
- Kreditlərin Strukturlaşdırılması və digər satış departamentləri tərəfindən təqdim edilmiş kredit ərizələrinin və limitlərin anderraytinqini təmin etmək;
- Sifariş edilən öhdəlikləyin növündən və ümumi məbləğindən asılı olaraq bu kredit öhdəliklərində son qərar verici olaraq çıxış etmək;
- Kreditləşmə prosesində anderraytinq zamanı ehtiyac yaranarsa bankdaxili metodologiya, təlimat və qaydaların tələblərinin ekspert əsaslandırma ilə nəzərə alınmamasını təmin etmək;
- Bankın təsdiq etdiyi kredit siyasəti və müvafiq proseduralara və Risk iştahası tələblərinə əsasən kreditlərlə bağlı risk dərəcəsinin qiymətləndirilməsini aparmaq;
- Müştərinin maliyyə vəziyyətinin və gələcəkdə krediti qaytarmaq qabiliyyətini yoxlanmaq, kredit reytinqlərini hesablanmaq və müvafiq qərarı qəbul etmək;
- Ədalətli kredit reytinqlərinin təmin olunması üçün kredit riskinin həqiqi keyfiyyətini əks etdirən ekspert rəyinin verilməsi səlahiyyəti və cavabdehliyini daşıyır;
- Müsbət rəy verdiyi kreditlərin icrasına nəzarət etmək. Erkən xəbərdarlıq sıqnalına əsasən təklif edilmiş strategiyaya rəy vermək;
- Sifarişlər üzrə defolt olma ehtimalı dərəcəsini hesablamaq, eləcə də Kreditlərin Strukturlaşdırılması və Monitorinq şöbələri tərəfindən daxil olan defolt olma ehtimalı üzrə cədvəlləri yoxlamaq, nəzarət etmək və düzgün defolt dərəcəsini təsdiq etmək.
Tələblər:
- Təhsil: Maliyyə, Bank işi, iqtisadiyyat və ya digər müvafiq sahə üzrə Bakalavr təhsili;
- İş təcrübəsi: Kredit, Risk, Maliyyə təhlili və ya müvafiq sahə üzrə 1-3 il iş təcrübəsi;
- Lisenziya/ Sertifikat: Risk menecment, ACCA (Sertifikatlaşdırılmış mühasiblər assosiasiyası), CFA üzrə Sertifikatlara üstünlük verilir;
- Xarici dil: İngilis dili (səlis), Rus dili (orta) üstünlük verilir;
- Kompüter bilikləri: Microsoft Office;
- İqtisadi/bazar bilikləri : Azərbaycan, Rusiya və Türkiyə iqtisadiyyatı üzrə ümumi biliklərin olması;
- Digər : Maliyyə sahəsi, bank qanunvericiliyi və regulyator tələblər üzrə biliklər. Maliyyə təhlili, mühasibatlıq və bankçılıq üzrə təcrübə.
Müraciət üçün link: https://jobs.glorri.az/vacancies/pashabank/pashabank-kommersiya-bankciligi-uzre-kredit-risk-anderrayteri-56462/apply
Bu kateqoriyada digər vakansiyalar
Bu kateqoriyada təlim və seminarlar
Təlim və seminar | Şirkət | Müddət |
---|---|---|
Anderraytinq və monitorinq üzrə mütəxəssislərin hazırlığı | İnternational Consulting Company | 2025-03-18 - 2025-05-06 |
Bu şirkətin digər vakansiyaları